1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev
26.01.2023

Qida zəhərlənmələri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev İctimai TV-nin “Yaxşı həkim” verilişində iştirak edib. Dr.İsmayıl Əfəndiyevin “Qida zəhərlənmələri” mövzusunda çıxışını Sizə təqdim edirik. Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləmək mümkündür.  Link: https://youtu.be/SkspoHQ1x_A

28 oktyabr 2021-ci ildən etibarən Dr. İsmayıl Əfəndiyev Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəisinin müavini vəzifəsinə təyin edilib. Dr. İsmayıl Əfəndiyev 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini fərqlənmə diplomu ilə, 2001-ci ildə Azərbaycan Tibb Universitetində əyanı aspiranturanı bitirərək, tibb elmləri namizədi elmi dərəcəsi alıb. 

Dr. İsmayıl Əfəndiyev 2007–2008-ci illərdə Almaniyanın paytaxtı Berlində Vivantes Humbold - Daxili Xəstəliklər Xəstəxanasının kardiologiya və intensiv terapiya şöbəsində ixtisasartırma kursu keçib. 2010-cu ildə Prezident Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı almışdır. 

Azərbaycan Tibb Universitetinin rezidentura şöbəsinin müdir müavini, sonra isə xarici tələbər dekanı vəzifələri tutmuşdur. Praktik əmək fəaliyyətinə Dr. İsmayıl Əfəndiyev 1996-cı ildən 2021-ci ilə qədər 1 saylı şəhər Klinik xəstəxanasında (Kliniki Tibbi Mərkəzində) Toksikologiya şöbəsində həkim toksikoloq-reanimatoloq kimi fəaliyyət göstərib. Bakı şəhərinin baş toksikoloqudur. 

Dr. İsmayıl Əfəndiyev öz üzərində daim çalışan yüksəkixtisaslı mütəxəssisdir, 175-dən artıq orijinal elmi işlərin, o cümlədən 4 dərslik, 10 metodik vəsait, 2 monoqrafiya, 1 kliniki protokol və 1 patent-ixtiranın müəllifidir. 4 xarıci elmi-praktiki jurnalların redaksiya heyətinin üzvüdür. Müxtəlif illərdə İngiltərə, İndoneziya, Ukrayna, Gürcüstan, Cənubi Koreya, Avstriya, Çin və Danimarkada təlim kurslarında iştirak edib. 

2006-cı ildən Azərbaycan Toksikoloqlar Cəmiyyətinin sədri, 2009-cu ildən Avropa Toksikoloji Mərkəzlərin və Kliniki Toksikoloqların Assosiasiyanın həqiqi üzvidir. 2010-cu ildən BMT “Beynəlxalq Kimyəvi İdarəetmə Üçün Strateji Yanaşma”(SAICM) təşkilatının Azərbaycan üzrə koordinatoru, 2012-ci ildən Ümumdünya Səhiyyə Təşkilatyının Kimyəvi Təhlükəsizlik və Ətraf Mühitin Sağlamlığı üzrə Milli Ekspert və Koordinatordur. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment