1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Omikron ştammının yeni "Kraken" subvariantı və onun yayılması səbəbləri - Müsahibə
25.01.2023

Hazırda ölkəmizdə koronavirusla bağlı vəziyyət barədə danışmaq üçün Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriya şöbəsinin həkim-mikrobioloqu Dr.Səbinə İbrahimovaya bir neçə sualla müraciət etdik. 

-Səbinə həkim,  hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir?

-Yüksək yoluxuculuğa malik olan omikron ştamının yeni "Kraken" adlı rekombinant subvariantı Amerika alimləri tərəfindən müəyyən edilmişdir. Tərkibində koronavirusun müxtəlif subvariantlarının genetik materialı toplanılıb. Buna görə də, immun sistemi omikron ştamının bu subvariantını digər variantlar kimi tez tanımır, bu da onun yayılmasının səbəbidir. İmmun sisteminin omikronun yeni mutasiyaya uğramış ştammının replikasiyasını dayandırmaq üçün, müdafiə anticisimlərinin əmələ gəlməsi üçün müəyyən vaxt tələb olunur.

Yaxın vaxtlarda COVID-19-un əvvəlki formalarına yoluxmuş şəxslər yenidən omikronun bu subvariantına yoluxa bilər. "Kraken" variantın ilk halları 22 oktyabr 2022-ci ildə ABŞ-da aşkarlanıb. Amerikalı tədqiqatçıların fikrincə, virusun yeni ştammı ABŞ-da COVİD-19 infeksiyası hallarının 40%-dən çoxunu təşkil edir. Hazırda "Kraken" ştammı bütün Avropa və Asiyada sürətlə yayılır və çox güman ki, hətta yanvarın sonuna qədər bəlkə bu virus Avropada dominant varianta çevriləcək.

-Bu ştamm nə dərəcədə təhlükəlidir?

-“Kraken" ştammından danışarkən qeyd etmək istərdim ki, ilkin məlumatlara görə bu variant digər omikron alt-variantlarından daha təhlükəli olmadığını göstərir. "Kraken" ştammının simptomları əvvəllər məlum olan omikron ştammları kimi simptomlar baxımından mövsümi SARS-a bənzəyir. "Kraken"-də müşahidə olunan siptomlar bunlardır: hərarətin 38°-ə qədər qalxması, bəzən daha yüksək olması, burun tutulması, boğaz ağrısı, öskürək, mialgiya, iştahsızlıq, ishal, zəiflik, baş ağrıları və s.

Qeyd etmək istərdim ki, bu qış mövsümündə virusun yeni variantının ortaya çıxması soyuqdəymələrin artması ilə üst-üstə düşdü ki, bu da yoluxmuş insanın immun sisteminə ikiqat güclə mənfi təsir göstərir. Bu qış SARS-CoV-2 və qrip də daxil olmaqla əksər tənəffüs yoluxucu virusların yoluxma nisbəti artıq kifayət qədər yüksəkdir.

Ümumdünya Səhiyyə Təşkilatı və bu sahədəki digər qurumlar yeni alt variantın xəstələrə təsirini qiymətləndirmək üçün infeksiyanın yayılmasını və tibb müəssisələrindən alınan məlumatları diqqətlə izləyirlər. Mütəxəssislərin fikrincə, koronavirusun evolyusiyası dayanmır, buna görə də COVID-19 tezliklə “Kraken" kimi yeni alt variantların ortaya çıxmağa davam etməkdədir.

Avropanın Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi bildirir ki, 9 yanvar 23-cü il tarixində "Kraken" subvariantın 4770 nukleotid ardıcılığı koronavirus ştammlarının ən böyük məlumat bazasına olan GISAID-ə (pandemiyaların səbəbi olan qrip və koronavirus viruslarının gen məlumatlarının açıq qlobal elm məlumat bazası) yüklənilmişdir. Onların əksəriyyəti ABŞ (4111) və Böyük Britaniyadan (202) olan subvariantlardır.

-Bəs bu ştammdan necə qorunmaq olar?

-Mütəxəssislərin fikrincə, əhalinin immunitetini qorumaq üçün ən son COVID peyvəndini əldə etmək hələ də insanları yeni variantlardan qorumağın ən yaxşı yoludur. 

SARS-CoV-2 yeni variantlarına yoluxmamaq üçün profilaktik tədbirlərin aparılması tövsiyə olunur: böyük yığıncaqlardan əvvəl və ya ağır xəstəlik riski yüksək olan birini görməzdən əvvəl test edin; qapalı yerlərdə maskalardan istifadə edin; qapalı olan məkanlarının ventilyasiyasını və dezinfeksiyasını yaxşılaşdırın; əgər sizdə COVID simptomları varsa, dərhal testdən keçin və ağır xəstəlik riski yüksək olan insanlarla təmasdan çəkinin; əgər artıq COVID-19-a yoluxmusunuzsa, mümkün qədər tez müalicəyə başlayın və evdə özünüzü təcrid edin.

Müsahibəni apardı: Mərkəzi Gömrük Hospitalının 

PR mütəxəssisi Dilara Zamanova


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment