1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank-ın dəstəyi ilə “Mədəni irsə yeni baxış” sərgisinə start verildi
25.01.2023

24 yanvar 2023-cü il tarixində Milli Xalça Muzeyində Azərxalça, “AFFFAİR” və Azərbaycan Milli Xalça Muzeyinin birgə əməkdaşlığı ilə “Mədəni irsə yeni baxış” xalça sərgisinə start verildi. PAŞA Holding-in, Kapital Bank-ın və PAŞA Bank-ın tərəfdaşlığı ilə baş tutan sərgi 10 fevraladək davam edəcək. Sərginin açılış mərasimində ictimai və siyası xadimlər, incəsənət nümayəndələri və məşhur xalçaçı sənətkarlar iştirak edib.

Sərgidə AFFFAIR markasının təsisçisi, dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayılın Azərbaycan Milli Xalça Muzeyində və Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajı Muzeyində saxlanılan bir sıra xalçaları nümayiş olunacaq. Kolleksiyaya daxil olan 5 xalça nümunəsinin hər birindən məhdud sayda, cəmi 25 ədəd istehsal olunub. Bu müasir xalça nümunələrinin hərəsindən bir ədəd isə mədəni irsin qorunması, müasirləşməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına hədiyyə edilib. 

Qeyd edək ki, müasir xalça kolleksiyasının əsas ideyası Azərbaycan xalçasının sönməz sənət mənbəyi, ailə ocağının bəzəyi, interyerə xüsusi enerji verən nadir incəsənət nümunəsi olduğunu göstərməkdir. Qarabağ zəfərinə həsr olunan, Azərbaycan xalçalarından, xüsusilə də Qarabağ xalçaçılıq məktəbindən ruhlanaraq ərsəyə gələn layihənin məqsədi həm də tarixi ənənələri müasir istiqamətlərdə yaşatmaqdır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment