1 USD 1,7000    1 EUR 1,8029    1 RUB 0,0236    1 TRY 0,0907    XAU 2984,8175    XAG 32,7576    XPT 1509,3280    XPD 3642,8705   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bank sığorta sahəsində islahat tədbirlərini davam etdirir
23.01.2023

Azərbaycan Respublikasının Mərkəzi Bankı sığorta sahəsinin inkişafına yönəlmiş miqyaslı və ardıcıl tədbirlərini davam etdirir.

Aparılan islahatlar, xüsusilə də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (avto-icbari) sahəsində görülən tənzimləmə tədbirləri sığorta sahəsinə ictimai inamın artması, sığorta xidmətlərinin keyfiyyətinin yüksəlməsi üçün geniş imkanlar yaratmaqdadır.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanuna, eləcə də onun tətbiqi ilə bağlı müvafiq Fərmana edilən son dəyişikliklər, habelə avto-icbari sığorta növü üzrə sığorta şəhadətnamələrinin şirkətlərin rəsmi internet səhifələri üzərindən təqdim olunması imkanının yaradılması icbari sığorta növlərinin tam olaraq rəqəmsallaşmasına və onların əldə edilməsinin asanlaşdırılmasına şərait yaradacaqdır.

Azərbaycanda avto-icbari sığorta sinfi üzrə qanunvericiliyinin davamlı inkişafı və tətbiqi 2015-ci ildən etibarən yerli sığorta sektorunun beynəlxalq yaşıl kart sisteminə inteqrasiya olunmasına imkan vermişdir. Sığorta sektorunun bu sahədə nümunəvi beynəlxalq reputasiyası formalaşmış, onun beynəlxalq yaşıl kart sistemindən faydalanması üçün yeni imkanları yaranmışdır.

Ötən dövr ərzində Azərbaycan və Türkiyə Respublikasının Yaşıl Kart sığorta sistemlərinin inteqrasiyası həyata keçirilmişdir. Bununla da ölkəmizdə qeydiyyatda olan avtomobillər Türkiyə Respublikasına, həmçinin Türkiyə Respublikasında qeydiyyatda avto-nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil olarkən Yaşıl Kartın etibarlılığının elektron qaydada müəyyən edilməsi imkanı yaradılmışdır. Bu inteqrasiya dünya ölkələri üzrə ilk və nümunəvi təcrübə olmaqla yanaşı, saxta Yaşıl Kart sığorta şəhadətnaməsi ilə sərhədlərin keçilməsinin qarşısını almışdır.

Beynəlxalq Yaşıl Kart üzrə Bürolar Şurasının 56-cı Assambleyasında Azərbaycan Milli Yaşıl Kart Bürosu funksiyalarını həyata keçirən İcbari Sığorta Bürosunun (Büro) fəaliyyəti yüksək qiymətləndirilmiş, beləliklə 10 illik keçici hüquqlu üzvlük müddəti tamamlanmadan, 5 il müddəti bitdikdən sonra Büro tam hüquqlu üzv statusu əldə etmişdir.

Tam hüquqlu üzv olmağın yaratdığı imkanlardan biri də Yaşıl Kart sisteminə qoşulmamış ölkələrdə Azərbaycan Sığortaçılarının Yaşıl Kartlarının sığortalılara təqdim edilməsidir.

1 yanvar 2023-cü ildən etibarən Gürcüstan və Qazaxıstan Respublikalarında qeydiyyatdan keçmiş nəqliyyat vasitələri üzrə müraciət edən şəxslərə Azərbaycan Yaşıl Kartlarının təqdim edilməsi prosesi başlanılmışdır. Beləliklə, yerli sığorta sektorunun beynəlxalq müstəvidə təmsil olunması imkanları daha da genişlənmiş, sektor digər ölkələrə sığorta xidmətlərini ixrac etməyə başlamışdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankı sığorta sahəsində islahat tədbirlərini davam etdirməklə yanaşı əldə edilən nəticələrin ictimaiyyətə kommunikasiyasını davam etdirəcəkdir.

 


     



09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
 
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment