1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan və Avropa ölkələri arasında turizm əlaqələri inkişaf etdirilir
23.01.2023

Azərbaycanla İspaniya, Andorra və Bolqarıstan arasında turizm əlaqələrinin inkişaf perspektivləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin 18-23 yanvar tarixlərində İspaniya Krallığı və Andorra Knyazlığına işgüzar səfəri çərçivəsində müzakirə edilib.

Səfər zamanı Fuad Nağıyev İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən “FITUR” sərgisində iştirak edib. Sərgi çərçivəsində Fuad Nağıyevlə Andorra Knyazlığının turizm və telekommunikasiya naziri Jordi Torres Falco arasında Azərbaycan Respublikasının İspaniya Krallığı və Andora Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənovun iştirakı ilə görüş keçirilib.

Görüş zamanı ölkəmizdə qış turizminin inkişafı ilə bağlı müzakirələr aparılıb, Andorranın bu sahədə təcrübəsindən istifadə olunmasının əhəmiyyəti, qurumlar arasında qış turizminin inkişafı istiqamətində anlaşma memorandumunun imzalanması istiqamətində tədbirlərin görülməsi haqda müzakirələr aparılıb. Eyni zamanda Azərbaycan Qış İdman Növləri Federasiyasının idmançılarının Andorrada məşqlərə başladığı və ilk dəfə olaraq Dünya Kubokunda iştirak edəcəyi vurğulanıb.

Sərgidə Bolqarıstanın turizm nazirinin müavini İrena Georgiyeva ilə ikitərəfli görüş keçirilib. Görüşdə ölkələr arasında turizm əlaqələrinin inkişafı və qarşılıqlı təcrübə mübadiləsi müzakirə edilib.

Həmçinin Fuad Nağıyevlə BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş katibi Zurab Pololikaşvili ilə görüş zamanı Azərbaycanın turizm imkanlarının tanıdılması və postpandemiya dövründə bərpa istiqamətləri haqqında müzakirələr aparılıb.

Daha sonra DTA sədri Fuad Nağıyev və səfir Ramiz Həsənov Andorra Knyazlığına səfər edib.  Burada Andorranın ən böyük turizm operatoru və turizm kurortlarının rəhbəri, qış turizmi üzrə dünyaca məşhur “PGİ” şirkətinin prezidenti Juan Viladomat ilə görüş keçirilib, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Qeyd edək ki, idmançılarımız xizək alpinizmi idman növü üzrə Andorra Knyazlığında start götürən Xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak edərək yarışın şaquli yürüş növündə fərdi bacarıqlarını nümayiş etdiriblər.

 


     



22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi
 
 



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment