|
|
|
Digər xəbərlər |  |  | Dr. Bəhruz Xalıqov “Hematuriya” mövzusunda seminar keçirib |
23.01.2023 | |
 | |
Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, uzman uroloq Bəhruz Xalıqov “Hematuriya” mövzusunda seminar keçirib. Seminarda Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı Vüsal Cəfərov və Mərkəzi Gömrük Hospitalında təhsil alan həkim-rezidentlər iştirak ediblər. Dr. Bəhruz Xalıqov çıxışında Hematuriyanın diaqnostikası, simptomları, müalicəsi, eləcə də müalicəsiz qaldğı halda Hematuriyanın yaratdığı fəsadlar barədə ətraflı məlumat verib.
Seminarın sonunda Bəhruz həkim rezidentlərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb. Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında 2018-ci ildən yaradılmış rezidentura təhsilinin əsas məqsədi gələcəkdə işinin peşəkarı, yüksək nəzəri və təcrübi biliklərə malik, savadlı həkimlər yetişdirməkdir.
|
|
|
|