1 USD 1,7000    1 EUR 1,8029    1 RUB 0,0236    1 TRY 0,0907    XAU 2984,8175    XAG 32,7576    XPT 1509,3280    XPD 3642,8705   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Məmməd Musayev: Prezidentin Davos Forumunda iştirakı Azərbaycana geniş iqtisadi perspektivlər yaradacaq
23.01.2023

2023-cü ildə Davos Dünya İqtisadi Forumu “Parçalanmış dünyada əməkdaşlıq” mövzusuna həsr olunub. Həqiqətən də 2019-cu ildən bəri dünya müəyyən bir böhran dövrünü yaşayır, əvvəlcə pandemiya, hazırda davam edən Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına böyük təsirləri danılmazdır. Rusiya və Ukraynanın dünyadakı əsas qlobal ərzaq tədarükçülərindən olması, sanksiyalar, enerji və ərzaq kimi dünya iqtisadiyyatının iki ən vacib istiqaməti üzrə böyük problemlər yaranıb. Belə bir vəziyyətdə dünyada Azərbaycan kimi sabit, əməkdaşlıqda etibarlılığı ilə seçilən ölkənin rolu, önəmi gündən-günə artmaqdadır. Sözsüz ki, bunlar Prezident İlham Əliyevin apardığı müdrik, uzaqgörən və düzgün daxili və xarici siyasətin nəticəsidir.

Bu fikirləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev AZƏRTAC-a açıqlamasında söyləyib.

Onun sözlərinə görə, 2022-ci ildə dünyanın enerji sistemində Azərbaycanın roluna baxsaq, Avropanın dayanıqlı və etibarlı enerji təchizatında ölkəmizin mövqeyi daha da yüksəlib. Avropa liderlərinin özlərinin də qeyd etdiyi kimi, Azərbaycanın Avropa üçün və ümumən dünya üçün iqtisadi önəmi getdikcə artır. Müzəffər Ali Baş Komandan, etibarlı iqtisadi tərəfdaş kimi Prezidentimizin Davos Forumunda iştirakı Qarabağ ilə bağlı postmüharibə dövründəki həqiqətləri, obyektiv yanaşmanı dünya ictimaiyyətinə çatdırmaq baxımından da unikal bir platformadır. 30 illik müstəqillik tarixinə baxsaq, Azərbaycan qurucu, inkişaf mahiyyətli bir siyasət həyata keçirib. Daim yeni iqtisadi əlaqələrin qurulmasına, yerləşdiyi regionun inkişafına təkan verən layihələrin təməlini qoyub, iqtisadi inkişafı hədəf seçib. Ermənistan 30 illik işğal dövründə Qarabağda ancaq talançılıqla məşğul olduğu halda, Azərbaycan işğaldan azad etdiyi ötən iki ildə böyük quruculuq işləri həyata keçirir. Müdrik Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Qarabağa investisiyalar yatırılır, vətəndaşlarımızın öz doğma yurdlarına böyük qayıdışını təmin etmək üçün ən yaxşı infrastruktur yaradılır.

“Məlumdur ki, dünyada investisiyalar həmişə münbit, sabit, dayanıqlı “adalar” axtarışındadır. Dünyanın ən böyük iqtisadi forumu olan Davos Azərbaycanı bu istiqamətdə önə çıxartmaq üçün ən yaxşı platformadır və öz səlis, arqumentlərə əsaslanan çıxışları, iqtisadi baxışları ilə seçilən dövlətimizin başçısı məhsuldar görüşlər keçirir. Azərbaycanın bütün sahibkarları bu görüşləri çox böyük diqqətlə izləyir, gələcəkdə geniş iqtisadi perspektivlər yaradacağına inanırlar”, – deyə M.Musayev qeyd edib.

Konfederasiya prezidenti onu da diqqətə çatdırıb ki, Şərq-Qərb nəqliyyat dəhlizi kontekstində Azərbaycan ərazisindən keçən Orta Dəhlizin xüsusi əhəmiyyəti, neft-kimya, dağ-mədən, metallurgiya sənayesi, Azərbaycanın enerji layihələrinin yeni mərhələyə keçidi, qaz həcminin artırılması, bərpaolunan enerji layihələri, “ağıllı kənd”, “ağıllı şəhər” və digər sahələr üzrə dünyanın ən məşhur şirkət rəhbərlərinin Prezidentimizlə keçirdiyi görüşlər ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. CİSCO kimi qlobal informasiya texnologiyaları şirkətlərinin ölkəmizə marağı, eyni zamanda Qarabağda yaradılan ağıllı kənd layihələrinə maraqları ümumilikdə iqtisadi inkişaf, xarici sərmayələrin cəlb edilməsi baxımından geniş imkanlar yaradır. Regional və qlobal layihələrdə dayanıqlı, uzunmüddətli tərəfdaş kimi müsbət imicə malik olan Azərbaycan artan iqtisadi gücü, güclü siyasi lideri sayəsində öz gücünü və nüfuzunu bütün dünyaya göstərəcək.

 


     



09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
 
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment