1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta şirkəti şəhid və qazi ailə üzvlərinin sosial reabilitasiyası üçün nəzərdə tutulmuş layihəyə dəstək oldu
19.01.2023

Ötən ilin may ayından etibarən “For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatın həyata keçirdiyi “Azərbaycanda psixoloji reabilitasiya imkanlarının artırılması” (APRIA) layihəsi şəhid ailələrinin üzvləri və qazilərin cəmiyyətə inteqrasiyası məqsədilə çərçivəsində ikinci müalicə növü üzrə təlim proqramına start verib. 

Qeyd edək ki, “For Azerbaijan” Xeyriyyə Təşkilatı qlobal maliyyə, investisiya, inkişaf təşkilatlarında aparıcı mövqelərdə çalışan həmvətənlərimiz tərəfindən yaradılmış və hazırda Bakı nümayəndəliyinin xətti ilə müxtəlif dövlət və özəl qurumlarla şəhid ailələri və qazilərə yönəlik sosial layihələri icra edir. 

 Vətən uğrunda mübarizə aparmış igidlərimiz üçün hər zaman göstərdiyi diqqət və qayğı ilə seçilən “PAŞA Sığorta” şirkəti, bu dəfə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid və qazi ailə üzvlərinin emosional və psixoloji reabilitasiyasını təmin edə biləcək beynəlxalq sertifikatlı yerli mütəxəssislərin hazırlanması və gələcəkdə bu istiqamət üzrə peşəkar təcrübənin artırılması məqsədi ilə öz maliyyə dəstəyini əsirgəməmişdir. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyi, Sosial Xidmətlər Agentliyinin nəzdində respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən tibb müəssisələrinin klinik psixoloqları üçün təlimlərin növbəti mərhələsinə başlanılıb. 

Ötən ilin oktyabrında posttravmatik stres pozuntusu diaqnozlu xəstələr üçün ən səmərəli iki müalicə üsullarından biri koqnitiv işlənmə terapiyası üzrə 24 psixoloq üçün təlimlər təşkil olunub.

 Bu dəfə isə ikinci müalicə üsulu sayılan Yazılı Ekspozisiya Terapiyası üzrə 17 psixoloq üçün təlim proqramları təşkil edilib. Layihəni uğurla başa çatdıran iştirakçılar arasından yaxın beş il ərzində həm də beynəlxalq təlimçi kimi Azərbaycanda peşəkar psixoloqların hazırlanması istiqamətində fəaliyyət göstərəcək mütəxəssislər hazırlanacaq. Sözügedən müalicə üsulu üzrə 12 həftəlik təlimi uğurla tamamlayan iştirkakçılar müvafiq sertifikatlar aldıqdan sonra növbəti təlim üçün vəsiqə qazanıblar. Bu klinik psixoloqlar iki gün ərzində ABŞ-ın Müharibə Veteranlarının İşləri Departamentinin yazılı ekspozisiya terapiyası üzrə icraçı direktoru Brayn Marks tərəfindən hibrid şəkildə təşkil olunan təlimlərdə iştirak edəcəklər. Bu mərhələdə pasiyentlərlə individual işlərin aparılması, tapşırıqlar, qiymətləndirmə meyarları və sair istiqamətlər üzrə psixoloqların növbəti mərhələyə hazırlıqları təmin ediləcək. Təlimlərin sonunda test olunacaq iştirakçılara praktik təcrübə və müalicə kursları üçün növbəti mərhələyə - superviziyalara başlayacaqlar. 

 Burada iştirakçılara beş sessiyalıq tapşırıqlar veriləcək, həmçinin protokollar üzrə müalicə olunan xəstələrin gedişatını izləmək üçün davamlı qiymətləndirmə (müalicədən əvvəl, ərzində və sonrası) üzrə razılaşdırılmış vahid yanaşmanın tətbiqi, təlim zamanı dörd posttravmatik stres pozuntusu diaqnozlu qazi ilə müalicə kursu keçməsi planlaşdırılır. Yaxın üç ay ərzində ABŞ ekspertləri layihə iştirakçılarına praktiki dəstək göstərəcək.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət, kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment