1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank 29 milyonluq kapital artımı ilə bağlı növbəti səhm buraxılışı həyata keçirir
09.12.2022

Bu ilin sonunadək kapitalın 29 milyon manat artımını hədəfləyən Unibank,  bu istiqamətdə növbəti səhm buraxılışı həyata keçirir. “Unibank Kommersiya Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 29 aprel 2022-ci il tarixli qərarına əsasən hər birinin nominal dəyəri 2,72 manat olan 2 500 000 ədəd adi, adlı, sənədsiz səhmlərin emissiya prospekti 6 dekabr tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydə alınıb. 

Xatırladaq ki, səhmdarların qərarı ilə həyata keçirilən kapitallaşma proqramı əlavə səhm buraxılışı və subordinasiya borcu cəlb olunmaqla, iki komponentdən ibarətdir. Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımının ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. 

Bu prosesin birinci mərhələsi bu ilin avqustunda başa çatıb.  Bu mərhələdə “Unibank”ın hər birinin nominal dəyəri 2,72 manat olan 4 milyon 375 min ədəd adi, adlı, sənədsiz səhmlərinin Bakı Fond Birjasında yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalında 12 milyon manata yaxın artım olub. 

Kapitallaşma prosesinin növbəti mərhələsi 30 noyabr tarixində  “Unibank” KB ASC -nin ümumi dəyəri 12 milyon ABŞ dolları məbləğində subordinasiya borcu olan istiqrazlarının uğurla yerləşdirilməsi nəticəsində başa çatıb. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 23 yerli və xarici investor tərəfindən alınıb. Sayı 12 000 ədəd olan sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 8%, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 6 ildir. 

Kapitallaşma prosesinin sonuncu mərhələsində isə hər birinin nominal dəyəri 2,72 manat olan 2 500 000 ədəd adi, adlı, sənədsiz səhmlərin emissiyası nəzərdə tutulur. 6,8 milyon manatlıq səhmin emissiyasının anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Kapitallaşmanın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, innovativ bankçılıq həllərinin tətbiqində liderliyi qorumaq, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq və müştərilərə yeni rəqəmsal məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir.

Unibank-Sənin Bankın!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment