1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Türkiyə Sığorta Birliyi ilə ASA arasında görüş keçirilib
01.12.2022

Türkiyə Sığorta Birliyinin (TSB) sədri Atilla Benli və Birliyin İcraçı direktoru Özgür Obalı Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) qonağı olublar.

ASA-dan verilən məlumata görə, görüşdə iki ölkənin sığorta birlikləri arasındakı əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və yeni istiqamətlər müzakirə edilib.

ASA-nın İcraçı direktoru Elmar Mirsalayev qonaqlara yerli sığorta bazarının hazırki vəziyyəti, sektorun inkişaf dinamikası və həyata keçirilən layihələr haqqında məlumat verib.

TSB sədri Atilla Benli də öz növbəsində Türkiyənin sığorta sektorunda həyata keçirilən yeniliklərdən söz açıb və Azərbaycanın sığorta bazarında qeydə alınan böyümə trendini yüksək qiymətləndirib.

Görüşdə Türk Dünyası Sığorta Birliyi layihəsi də geniş müzakirə olunub. Tərəflər, Türk Dünyası Sığorta Birliyinin “Yol xəritəsi”nin və hazırlanacaq nizamnaməsinin Birliyə üzv ölkələrin sığortaçılar birlikləri ilə 2023-cü ilin mart ayında Türkiyənin Antalya şəhərində keçiriləcək “Beynəlxalq Sığorta Sərgisi”ndə müzakirə edilməsi ilə bağlı ortaq razılıq əldə edib.

Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyi 2020-ci ilin noyabr ayından qarşılıqlı əməkdaşlığa başlayıb. Onu da əlavə edək ki, Türk Dünyası Sığorta Birliyi 2022-ci ilin may ayında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın sığortaçılar birliklərinin iştirakı ilə təsis edilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment