1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Lüksemburqda keçirilən beynəlxalq tədbirdə Azərbaycan mətbəxi təqdim olunub
30.11.2022

26-30 noyabrda Lüksemburqda keçirilən Dünya Kulinariya Kuboku və 14-cü Beynəlxalq “Expogast” Qastronomiya Festivalında ilk dəfə olaraq Azərbaycanın qastronomik turizm imkanları nümayiş etdirilib.

Azərbaycan Turizm Bürosu və Azərbaycan Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə milli stenddə azərbaycanlı aşpazlar tərəfindən milli mətbəx nümunələrinin müasir kulinariya metodları əsasında hazırlanmış və yenilənmiş versiyaları təqdim edilib.  

"Gəlin birləşək!" şüarı ilə keçirilən qida nümayişləri beynəlxalq mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Stenddə qastronomiya daxil olmaqla, Azərbaycanın müxtəlif turizm növləri üzrə potensialını əks etdirən vizual görüntülər nümayiş etdirilib, məlumat broşürləri paylanılıb.  

“Vatel Club Luxembourg” tərəfindən təşkil edilən Dünya Kulinariya Kubokunda 5 gün ərzində 100-dən çox  beynəlxalq komanda müxtəlif mükafatlar uğrunda mübarizə aparıb.

Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) akkreditasiya etdiyi unikal platforma 8 mindən çox peşəkar aşpazı özündə birləşdirməklə qastronomiyada yeni hərəkatları və tendensiyaları təqdim edir.

Tədbir çərçivəsində Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynovanın Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin idarə heyətinin rəhbəri Tomas Quqlerlə görüşü baş tutub.Təşkilatla əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşün Tomas Quqlerə Qarabağ xalçaçılıq məktəbinə aid Malıbəyli xalçası hədiyyə edilib.

Həmçinin Sinqapur Aşpazlar Assosiasiyasının rəhbərliyi ilə keçirilən görüşdə “Singapore 2024 Culinary EXPO” tədbirində Azərbaycanın təmsil olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment