1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalı Tibbi Laboratoriyanın həkim-immunoloqu Dr.Təranə Qonaqova
30.11.2022

Mərkəzi Gömrük Hospitalı Tibbi Laboratoriyanın  həkim-immunoloqu Dr.Təranə Qonaqova “İmmuniteti artırmağın yolları” barədə suallarımızı cavablandırıb. Dr.Təranə Qonaqovanın “Sia” agentliyində işıqlanan müsahibəsini Sizə təqdim edirik. 

-Təranə həkim, immuniteti artırmaq üçün nə etmək lazımdır?

-İmmunitet və ya immun sistem orqanizmə kənardan daxil olan bakteriya, virus, göbələk və s. kimi hər hansı bir yad toxumaya, cismə qarşı mübarizə aparır. Həmçinin, köhnəlmiş hüceyrələrin məhvinə nəzarət edərək bizi onkoloji xəstəliklərdən qoruyur.  İmmun sistem ana bətnində formalaşır və ekologiya, həyat tərzi və irs ilə bağlıdır. Bəzi qaydalara riayət etməklə immuniteti möhkəmləndirmək mümkündür.  

  -   Bəs immun sistemimizə necə kömək edə bilərik?  

Sağlam insanın kənar təsirə ehtiyacı yoxdur, sadəcə immunitetin düzgün işləməsi üçün şərait yaratmaq kifayətdir. Bu xüsusən payız və qış aylarında aktualdır. Çünki məhz bu aylarda bir çox insanların  xəstəliklərə qarşı müqaviməti zəifləyir. Buna da səbəb günəş işığının azlığıdır, çünki gün işığı immunitetin təbii stimulyatoru və yaxşı əhval ruhiyyənin mənbəyidir. Pozitiv olun, hər yeni günə sevinin. Eyni zamanda,   peyvəndlənməyə laqeyd yanaşmayın. 

Özünüzü normal fiziki formada saxlayın. Təmiz havada gəzinti və idman orqanizmi oksigenlə zənginləşdirir, toksik maddələrin bədəndən çıxmasına səbəb olur.

Yuxu rejimi güclü immunitetin əsas şərtidir. Altı saatdan az olan gecə yuxusu immun hüceyrələri olan leykositlərın azalmasına səbəb olur, antidepressant və antioksidant sayılan melatoninin ifrazını azaldır.

-Təranə həkim, hansı qidalar bu aylarda faydalıdır? 

Düzgün balanslaşdırılmış qidalar möhkəm immunitetin rəhnidir. Vitaminlərlə, mikroelementlərlə, zülallarla zəngin qidalardan istifadə etmək məsləhətdir.Leykosit hüceyrələrinin sintezini stimullaşdıran vitamin C tərkibli ərzaqlara - alma, sitrus meyvələri, giləmeyvələr, bolqar bibəri, fermentləşmiş kələm, itburnu, cəfəri, şüyüd və s.aiddir. 

Vitamin D immun sisteminin stimullaşdırılmasında əsas rol oynayır. Vitamin D defisiti zamanı T-hüceyrələri yetərincə aktivləşmir və bu səbəbdən patogen mikroorqanizmlar vaxtında aşkar olunmadığı üçün xəstəliyin uzun sürməsinə səbəb olur. Yumurtanın  sarısı, kərə yağı, dəniz məhsulları, çərəzlər bu vitaminin təbii mənbəyidir. 

Vitamin A burun və sinusların selikli qişasının membranlarının bütövlüyünü təmin edir. Leykositlərin faqositar aktivliyini çoxaldaraq baryer funksiyasını təmin edir və bununla immunitetə təsir göstərir. Balıq yağı, qara və qırmızı kürü, yumurta sarısı, kərə yağı, qara ciyər,  tərəvəzlərdən bolqar bibəri, kök, brokkoli, kərəviz kimilər vitamin A mənbəyidir. 

Minerallardan vacib olan Sink  T-hüceyrələri aktivləşdirir, interferon ifrazını artırır, Timus vəzini stimullaşdırır. Sink ən çox qırmızı ət, qaraciyər, dəniz məhsulları, mərcimək, boranı tumları, küncüt, günəbaxan tumunda və s. rast gəlir.

Bundan əlavə immun müqaviməti bağırsağın sağlam mikrobiomundan asılıdır. Əgər bağırsaqda disbalans varsa bu halda müdafiə zəifləyir. Sağlam balansı saxlamaq üçün fermentləşdirilmiş süd məhsulları, qatıq, yoqurt və tərəvəz rasiona daxil etmək məqsədə uyğundur.

-Dr.Təranə Qonaqova immuniteti zəiflədən qidalar və vərdişlər hansılardır? 

Stress orqanizmdə bioloji özünüməhvetmə mexanizmini işə salır və bununla da müqavimətə mənfi təsir göstərir-xüsusilə T-limfositlərin sayını azaldır. Qlükoza  bir çox patogen orqanizmlər üçün ən arzu olunan qida mənbəyidir. Qlükoza qanda çox olarsa infeksiya ilə mübarizə edən leykositlərin aktivliyi düşür. Bu səbəbdən qənnadı məhsulları, çörək-bulka məmulatı kimi tez həzm olunan karbohidratları rasiondan çıxarıb əvəzində mürəkkəb karbohidratlar və sellülozanı yüksək miqdarda  tərkibli məhsullarla əvəz etmək lazımdır.

Mütamadi olaraq alkoqol və nikotin istifadəsi İqM, İqG sintezini pozur, leykositlərin aktivliyini azaldır. Bundan əlavə bədənin toxuma və mayelərindən bakteriya hüceyrələrinin divarını məhv edən ferment lizosim yoxa çıxmağa başlayır və bunun nəticəsində  xəstəlik törədən mikroorqanizmlərə qarşı müqavimət azalır.

Antibiotik qəbulu xəstəlik törədən patogen mikroorqanizmlərdən əlavə bağırsağın vacib olan mikrobiomuna da təsir edir. Nəzərə alsaq ki, bağırsağın immun sistemi bütün orqanizmın immun sisteminin 70-80% -ni təşkil edir təsəvvür etmək olar ki, bu preparatlar nə dərəcədə immun sistemini zəiflədir. Bu səbəbdən antibiotiklərin qəbulu  yalnız məqsədyönlü həkim məsləhəti olduqda tövsiyə olunur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment