1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan banklarının kreditləşmə üzrə rəhbərlərinin Türkiyədə səfəri başa çatıb
29.11.2022

Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Banklar Birliyinin dəstəyi ilə bankların kreditləşmə üzrə rəhbər şəxslərinin, o cümlədən ABA-nın Kredit işi Ekspert Qrupunun üzvlərininhəm təlim, həm də Türkiyənin aparıcı bankları ilə təcrübə mübadiləsi görüşlərinin təşkili məqsədi ilə İstanbula səfəri başa çatmışdır.

Səfər çərçivəsində iştirakçılaraTürkiyə bank sektorundakı korporativ və pərakəndə bankçılıqda yeniliklər, rəqəmsal kreditləşmə və satış üzrə yeni trendlər, kreditlərin sənədləşdirilməsi prosesi və effektivliyin artırılması yolları, burada elektron imzanın tətbiqi və rəqəmsallaşmanın təsirləri, “Agile” idarəetmədə kreditləşmə prosesi, Türkiyədə kənd təsərrüfatı krediti mexanizmi, banklarının kredit portfelinə nəzarət, kreditin analizi (həmçinin islam bankçılığında kredit analizi üsulları), anderrayting və digər mövzularda təlim və görüşlər keçirilmişdir.

44 nəfərlik geniş iştirakçı qrupu ilə təşkil edilmiş səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir:

Bankaları Denetleme ve Düzenleme Kurumu

Türkiyə Bankalar Birliyi

Türkiyə Katılım Bankaları Birliyi

Ziraat Bankası

İş Bankası

Denizbank

Yapı Kredi Bankası

AkBank

ING Bank

QNB Finansbank

Halk Bankası

Türk Eximbank

HSBC

AGRA Fintech (Biznes kreditləri analizi üzrə ixtisaslaşan qurum)

Qeyd edək ki,  Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 240-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment