1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dr.Gülnar Nuriyeva
28.11.2022

Vaxtından əvvəl doğumun səbəbləri nədir?

Dr.Gülnar Nuriyeva: “Uşaqlıq boynunun qısalığı, yüksək təzyiq, şəkər xəstəliyi, ekstrakorporal mayalanma erkən həftələrdə, vaxtından əvvəl doğuma səbəb olur”. 

Hər il təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, belə uşaqların təxminən 90 faizi 28 həftəsindən daha tez doğulur. Avropa Yenidoğulmuş Körpələrə Baxım Fondunun hesabatına görə, 1990-cı il ilə müqayisədə vaxtından əvvəl doğumun nisbəti təxminən beş faiz azalıb. Belə ki, 1990-cı ildə bu rəqəm 16,06 milyon, 2019-cu ildə 15,22 milyona çatıb. Həmçinin, 1990-cı il ilə müqayisədə belə körpələr arasında ölüm halları da azalıb. 

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin həkim-ginekoloqu Gülnar Nuriyeva bu mövzuda suallarımızı cavablandırıb.

-Gülnar həkim, erkən həftələrdə doğumun səbəbləri nədir və bu riskləri necə qarşılamaq olar?

Əsasən döldə və ya anada olan tibbi problemlər bu cür doğumlara səbəb ola bilər. Ananın yaşı 40-dan yuxarı və 18-dən aşağıdırsa, ananın təzyiq və ya şəkərli diabet xəstəliyi  varsa, hamiləlik qadın sonsuzluğuna bağlı ekstrakorporal mayalanma ilə gerçəkləşmişsə, ananın kiçik çanaq və uşaqlıq anomaliyaları varsa, uşaqlıq boynu qısalığı erkən həftələrdə doğum gerçəkləşə bilər. Bundan başqa, ananın ürək xəstəliyi varsa, bu zaman da hamiləlik erkən müddətdə sonlandırılır. Dünyada təxminən 10 faizədək uşaqlar erkən doğulur. 

Xromosom anomaliyalar zamanı da hamiləlik erkən sonlana bilir. Vaxtından öncə doğulma 3 kateqoriyada incələnir. 

1. 24-27 həftəlik erkən doğumlar- demək olar ki, çox az müdaxilə etmək mümkündür. Bu körpələr 500-700 qram olur və ölüm riski yüksək olur. Bu körpələr yalnız çox yüksək ixtisaslı mərkəzlərdə baxıla bilir.

2. 27-34 həftəlik doğulanlarda beyinə, bağırsaqlara qan sızma baş verə, müəyyən göz xəstəlikləri yarana bilir.

3. Doğuma yaxın olan - 34-37 həftəlik doğulan körpələrin anomaliyaları, ölüm riski daha azdır. Erkən doğum riski varsa, bu zaman ağciyərlərin genişlənməsi üçün anaya iynə vurulur. Belə halda həyati risk daha da azalır. Qız döllərlə müqayisədə erkək döllərin vaxtından əvvəl doğum riski daha yüksəkdir.

- Gülnar həkim, diş xəstəlikləri də daha erkən doğuma səbəb olur?

-Diş və diş əti xəstəlikləri də erkən doğuma səbəb olan amillər sırasındadır. Qadınlara hər zaman israrla xəbərdarlıq edirik ki, hamiləlik boyunca heç bir problem olmazsa belə, diş əti və sidik yolu infeksiyaları mütləq müalicə edilsin. Belə ki, diş və diş əti xəstəlikləri, həm də sidik yolu infeksiyaları olan qadınların erkən doğum riskini artır. 

- Gülnar həkim, belə halların baş verməməsi üçün nələrə diqqət etmək lazımdır?

-Ana hamilə qalmadan ümumi müayinədən keçməlidir. Planlı hamiləlik üçün normal çəki tövsiyə olunur. Nə çox az çəki, nə də artıq çəki hamiləliyi planlaşdırmaq üçün tövsiyə olunmur. Yəni, çəki faktoru da erkən doğuma səbəb ola bilər. Hamiləlikdən öncə endokrinoloji xəstəliklər, ürək, qan-damar sisteminin xəstəlikləri öyrənilməlidir, müalicə olduqdan sonra hamiləlik planlaşdırılmalıdır.

Bundan başqa, təyin olunan vaxtda həkim müayinələrinə getmək tövsiyə olunur. Bu zaman yarana biləcək problemlər daha tez, vaxtında aşkarlanacaq. Yarana biləcək ən xırda problemə görə də vaxtında müdaxilə lazımdır. Hansısa risk varsa, bu zaman doğumu daha peşəkar, yüksək ixtisaslaşmış həkim qrupu həyata keçirməli və doğum yüksək ixtisaslaşmış bir xəstəxanada reallaşdırılmalıdır. Əks halda belə körpələrin həyat risklərini 50 faizədək artırmış oluruq. Əgər doğum yüksək ixtisaslı xəstəxanada gerçəkləşməyibsə belə, doğum sonrası körpə küvezlə başqa xəstəxanaya transfer edilməlidir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment