1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Konveyerdə təhlükəsizlik: Kaspersky onlayn məlumat mübadiləsi sisteminə qoşulmuş avtomobilləri kibermüdafiə ilə təmin edəcək
28.11.2022

Şirkət istehsalçılara ağıllı nəqliyyat vasitəsinin kibertəhlükəsizliyi üçün yeni BMT tələblərinin bir hissəsini yerinə yetirməyə kömək edəcək avtomobil şlyuzu hazırlayır

Kaspersky Laboratoriyası KasperskyOS əməliyyat sistemi əsasında avtomobillər üçün “Kaspersky Automotive Secure Gateway” (KASG) təhlükəsizlik şlyuzunu hazırlamaqdadır. Şlyuz ARM arxitekturasına malik avtomobilin telematik və ya mərkəzi blokunda quraşdırılmağa uyğun olacaq. Belə bir həll avtomobilin kompyuter sisteminin sındırılmqdan qoruyacaq, həm şlyuzun özünün, həm də avtomobilin elektron komponentlərinin hava əsasında təhlükəsiz yenilənməsini təmin edəcək, avtomobilin daxili şəbəkəsindən qeydləri toplamağa və onları təhlükəsizlik monitorinq mərkəzinə göndərməyə imkan verəcək.

Yeni məhsulun yaradılmasında əsas ilham mənbəyi avtomobil sənayesində kibertəhlükəsizliyə dair normativ sənədlərin nəşridir. Onlar 63 ölkənin daxil olduğu BMT-nin WP.29 Komissiyası tərəfindən hazırlanıb. Bir sıra sənədlər 2022-ci ildə qüvvəyə minib. Yeni tələblərə əsasən, 2024-cü ilə qədər istehsalçıları kibertəhlükəsizlik tələblərinə əməl etməyə və istehsalın konveyer mərhələsində təhlükəsizlik həllərini avtomobillərə inteqrasiya etməyə məcbur edən sertifikatlaşdırma sistemi tətbiq edilməlidir.

Normativ bazada  avtomobillər üçün yeni sistemlərin “Secure-by-Dizayn” prinsipinə uyğun dizayn edilməli və hazırlanmalı olduğu nəzərdə tutulur. Bu o deməkdir ki, təhlükəsizlik həllərə dizayn və hazırlanma mərhələsində daxil edilməlidir. Kaspersky bu prinsipi təhlükəsiz həllərin işlənib hazırlanması üçün platforma hesab edilən KasperskyOS-un mikronüvə əməliyyat sistemi ilə təmin edir.

Kaspersky “Kaspersky Automotive Secure Gateway”-i təkcə kibertəhlükəsizlik tələblərinə deyil, həm də ISO 26262 beynəlxalq funksional təhlükəsizlik (Safety) standartına uyğun olaraq hazırlayır.

Həll geniş çeşidli avtomobil istehsalçıları, o cümlədən ildə 1 milyona qədər avtomobil istehsal edən şirkətlər üçün nəzərdə tutulub: bir qayda olaraq, onların kibertəhlükəsizlik səriştələri olmaya bilər. Avtomobil təhlükəsizlik şlyuzu köhnə nəsil sistemlər də daxil olmaqla, elektron avtomobil sistemlərinin arxitekturasına mümkün qədər asanlıqla inteqrasiya oluna bilər. Bu, “Kaspersky Automotive Secure Gateway”-in növbəti üstünlüyüdür.

“Onlayn məlumat mübadiləsi sisteminə qoşulmuş avtomobillərin təhlükəsizlik məsələləri bu gün o qədər vacibdir ki, onlar beynəlxalq təşkilatlar səviyyəsində müzakirə olunur. Bu, sənayenin özünün həllər üçün kibertəhlükəsizlik mütəxəssisləri istiqamətində addımladığına və onları sertifikatlaşdırmağa, icbari hala salmağa hazır olduğuna dair bir nümunədir. BMT-nin WP.29 Komissiyasının tənzimləyici tələbləri avtomobil sənayesində informasiya təhlükəsizliyi bazarının inkişafına ciddi təkan verib. Biz yeni reqlamentin tələblərini təhlil edərək və onlayn məlumat mübadiləsi sisteminə qoşulmuş avtomobillər üçün təhdid modeli yaradaraq Kaspersky Automotive Secure Gateway-i hazırlamağa başlamışıq. Bir çox istehsalçıların yeni həllimizə maraq göstərəcəyinə inanırıq”, - deyə Kaspersky-nin Beynəlxalq Texnologiya Tərəfdaşları ilə İş üzrə Meneceri Yevgeniya Ponomaryova bildirir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment