1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti “Azərbaycanda pul köçürmələrinin
25.11.2022

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinin işçi qrupunun görüşünü keçirdi

Noyabrın 22-23 tarixlərində BMqT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti BMqT-nin İnkişaf Fondunun maliyyə dəstəyi ilə həyata keçirdikləri “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinin İşçi Qrupunun sayca ikinci görüşünü keçirdilər.  

Müxtəlif dövlət qurumları, beynəlxalq təşkilatlar, banklar, Azərbaycanın diaspor təşkilatları, ölkəmizdə yaşan miqrantların assosiasiyaları və digər qeyri-hökumət təşkilatlarının 30-dan artıq nümayəndəsi iştirak etdiyi tədbirdə BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov giriş nitqi ilə çıxış etdilər.  

Qyorqiyev öz çıxışında müvafiq dövlət qurumları, banklar, diaspor, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin əhəmiyyətini vurğuladı. O qeyd etdi ki, Azərbaycanda pul köçürmələri ev təsərrüfatları, xüsusən də kənd yerlərində yaşayanlar üçün mühüm gəlir mənbəyidir. Eyni zamanda, pul köçürmələri ölkənin sosial-iqtisadi yüksəlişi üçün bir mexanizmdir.

“Dünya Bankının və Azərbaycan Mərkəzi Bankının məlumatlarına görə, 2021-ci ildə Azərbaycana göndərilən pul köçürmələrinin ümumi həcmi ÜDM-in 3%-dən çoxunu təşkil edib. Mərkəzi Bankının məlumatına görə cari ilin ilk 6 ayı ərzində ölkəyə gələn pul köçürmələrinin ümumi həcmi 1,6 milyard ABŞ dolları təşkil edib. Üstəlik, Azərbaycan on minlərlə miqrantı qəbul edir və onlar öz ölkələrinə xeyli miqdarda pul köçürmələri göndərirlər. Beləliklə, Azərbaycana və ölkə xaricinə artan pul köçürmələrinin fonunda bu layihə zamanın tələbinə cavab verir”, - deyə Gjorgjiev bildirib.

DMX-dən Vahid Qəhrəmanov qeyd edib ki, layihənin uğurla həyata keçirilməsi təkcə miqrantlar və onların ailələrinə deyil, həm də kiçik biznesə və ümumilikdə ölkə iqtisadiyyatına fayda verəcək.

“2006-cı ildən pul köçürmələri sahəsində müəyyən tərəfdaşlar tərəfindən müxtəlif tədbirlər həyata keçirilsə də, müvafiq sistemin yaradılması və ya hər hansı digər ardıcıl nəticə əldə olunmayıb. Biz artıq qeyd olunan layihənin nəticələrini görməyə başlamışıq və ümid edirik ki, bu, davam edəcək”, - deyə Qəhrəmanov qeyd edib.

Açılış nitqlərindən sonra iştirakçılar son bir neçə ay ərzində layihənin tədqiqat qrupu tərəfindən rəqəmsal pul köçürmələrinin və bununla bağlı maliyyə xidmətlərinin artırılması üzrə hüquqi, sosial, iqtisadi və gender boşluqlarının müəyyən edilməsi məqsədilə pul köçürmələri ilə bağlı hökumətin siyasəti, strategiya və qaydalarının, habelə rəqəmsal pul köçürmələri ilə əlaqədar mövcud infrastruktur, texnologiya və modellərin qiymətləndirilməsi üzrə hesabatını dinlədilər. 

Virtual olaraq təşkil olunan görüşün ikinci günü iştirakçılara pul köçürmələri üzrə müxtəlif rəqəmsal tətbiqlər və BMqT-nin rəqəmsal pul köçürmələri həlləri ilə bağlı fəaliyyəti haqqında məlumat verildi. İştirakçılar Azərbaycan üçün məqbul sayıla biləcək rəqəmsal pul köçürmələri həllərini müəyyən etmək məqsədilə mövcud sistemləri müzakirə edib fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, adıçəkilən layihənin əsas məqsədi Azərbaycanlı emiqrantların və Azərbaycanda yaşayan miqrantların, eləcə də pul köçürmələri zamanı Azərbaycanda və xaricdə vəsait alanların maliyyə inklüzivliyini və rəqəmsal maliyyə xidmətlərinə əlçatanlığını artırmaqla onların yaşayış səviyyəsinin davamlı inkişafına töhfə verməkdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment