1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Qiymətli Kağızların Emissiya Sisteminin təqdimatı ilə bağlı tədbir keçirilmişdir
25.11.2022

Mərkəzi Bank tərəfindən kapital bazarının inkişafına dair starteji planda müəyyən edilmiş hədəflərin icrası üzrə davamlı tədbirlər həyata keçirilməkdədir. Növbəti tədbir kimi emitentlərə kapital bazarında çevik maliyyələşmə imkanlarının yaradılması və bazara çıxış imkanlarının rəqəmsal kanallar vasitəsilə daha əlçatan edilməsi məqsədilə kapital bazarı üzrə elektron xidmətlərdən biri kimi yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulan Qiymətli Kağızların Emissiyası Sisteminin təqdimatı keçirilmişdir. Sistemin istifadəyə verilməsi ilə investisiya qiymətli kağızlarının emissiyası prosesində Mərkəzi Bank, Milli Depozit Mərkəzi (MDM) və Bakı Fond Birjası (BFB) tərəfindən emitentlərə göstərilən xidmətlərin rəqəmsallaşdırılması və bununla da emitentlərə “bir pəncərə” prinsipli xidmətlərin təqdim edilməsi təmin ediləcəkdir.

Layihə çərçivəsində investisiya qiymətli kağızların buraxılışının dövlət qeydiyyatına alınması, emissiya prospektlərinin və informasiya memorandumlarının təsdiqi, hüquqi şəxslərin yenidən təşkili zamanı səhm buraxılışının dövlət qeydiyyatına alınması, investisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması, emissiyanın yekunları haqqında hesabatın təsdiqi, investisiya qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda buraxılışı ilə bağlı dövlət qeydiyyatının aparılması və emissiya prospektində və buraxılışla bağlı qərara əlavə və dəyişikliklərin edilməsi prosesləri rəqəmsallaşdırılmışdır.

Sistemdə emitentlərin kapital bazarından maliyyələşmə imkanlarının genişləndirilməsi üçün bir sıra funksionallıqlar yaradılmışdır. Proseslərin elektronlaşması nəticəsində emitentlər yuxarıda qeyd olunan qurumlara mərkəzləşdirilmiş qaydada vahid portal üzərindən müraciət etmək və qurumlar tərəfindən tələb olunan və təkrarlanan sənədləri yalnız bir dəfə sistemə yükləmək imkanı əldə edəcəklər. Həmçinin, sistemdə qiymətli kağızların depozitar sistemində saxlanması və uçotunun aparılması ilə bağlı MDM ilə və qiymətli kağızların listinqi üzrə BFB ilə müqavilələrin elektron qaydada bağlanılması, emissiya prospektlərinin təsdiqi ilə bağlı dövlət rüsumunun sistem üzərindən ödənilməsi və müraciətlə bağlı səlahiyyətlərin sistem vasitəsi ilə üçüncü şəxsə ötürülməsi imkanları yaradılmışdır. Əlavə olaraq, emitentlərin müraciətinin statusu barədə elektron poçt və mesaj formasında mobil telefon vasitəsi ilə məlumatlandırılması və sənədlərin Mərkəzi Bankın digər sistemi olan Məlumatların Elektron Açıqlanması Sistemində açıqlanması kimi funksionallıqlar da nəzərdə tutulmuşdur.

Tədbirdə MDM-in, BFB-nin, “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin və investisiya şirkətlərinin nümayəndələri iştirak etmişdir.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmış və onları maraqlandıran mövzularla bağlı müzakirələr aparılmışdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment