1 USD 1,7000    1 EUR 1,8908    1 RUB 0,0187    1 TRY 0,0630    XAU 3333,3260    XAG 41,8124    XPT 1640,5850    XPD 2196,5955   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Qiymətli Kağızların Emissiya Sisteminin təqdimatı ilə bağlı tədbir keçirilmişdir
24.11.2022

23  noyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binasında emitentlərə kapital bazarında çevik maliyyələşmə imkanlarının yaradılması və bazara çıxış imkanlarının rəqəmsal kanallar vasitəsilə daha əlçatan edilməsi məqsədilə kapital bazarı üzrə elektron xidmətlərdən biri kimi yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulan Qiymətli Kağızların Emissiyası Sisteminin təqdimatı keçirilmişdir. Sistemin istifadəyə verilməsi ilə investisiya qiymətli kağızlarının emissiyası prosesində Azərbaycan Respublikasının Mərkəzi Bank, Milli Depozit Mərkəzi (MDM) və Bakı Fond Birjası (BFB) tərəfindən emitentlərə göstərilən xidmətlərin rəqəmsallaşdırılması və bununla da emitentlərə “bir pəncərə” prinsipli xidmətlərin təqdim edilməsi təmin ediləcəkdir.

Layihə çərçivəsində investisiya qiymətli kağızların buraxılışının dövlət qeydiyyatına alınması, emissiya prospektlərinin və informasiya memorandumlarının təsdiqi, hüquqi şəxslərin yenidən təşkili zamanı səhm buraxılışının dövlət qeydiyyatına alınması, investisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması, emissiyanın yekunları haqqında hesabatın təsdiqi, investisiya qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda buraxılışı ilə bağlı dövlət qeydiyyatının aparılması və emissiya prospektində və buraxılışla bağlı qərara əlavə və dəyişikliklərin edilməsi prosesləri rəqəmsallaşdırılmışdır.

Tədbirdə Milli Depozit Mərkəzinin, Bakı Fond Birjasının, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası İctimai Birliyinin və investisiya şirkətlərinin nümayəndələri iştirak etmişdir.

 


     



09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
 
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment