1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin rəisi, t.f.d., travmatoloq Ramin Rzayev
23.11.2022

Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin rəisi, t.f.d., travmatoloq Ramin Rzayev “Sual-cavab” rubrikazımda “Sümük iliyi kisti nədir” sualını cavablandırıb. 

Sümük iliyi kisti - sümüklərdə latent və bəzən tədricən böyümə xarakterli içərisi maye ilə dolu törəmənin-kistanın əmələ gəlməsi deməkdir. Bu xəstəliyə uşaqlıq və yeniyetməlik dövründə daha çox oğlan uşaqlarında rast gəlinir. Kistlərin əmələ gəlmə səbəbi tam öyrənilməsə də,  sümüyün sürətlə böyüyən uc-metafiz nahiyəsində venoz tıxanıqlığa görə meydana gəldiyi düşünülür.

Kistlər xoşxassəlidir - aktiv, passiv xarakterli ola bilir. Passiv kistlər müdaxilə tələb etmir, ölçüləri kiçikdirsə və heç bir narahatlıq yaratmırsa, müntəzəm olaraq izlənilir. Bu kistlər adətən kliniki əlamətlər vermədiyi üçün təsadüfən müayinələr zamanı (Rt, MRT, CT) aşkarlanır. Aktiv kistlər tədricən, bəzən sürətlə böyüyərək sümüyün böyük bir hissəsini zədələyə bilir. Xüsusilə kist aqressiv xarakterli olduqda, sümüyün tamlığına və funksiyasına təsir edərsə, müdaxilə tələb oluna bilər. 

Mümkün sınığın qarşısını almaq üçün kist boşaltılmalı və greftlə (auto, allo) doldurulmalıdır. Bu əməliyyat zamanı dayaq hərəkət sisteminin başqa bir sümüyündən (daha çox çanaq sümükləri) sümük toxuması çıxarılaraq kistik boşluq doldurulur və yaxud süni sümük kütləsi ilə, həmçinin meyiddən alınmış xüsusi hazırlanmış sümük greftləri ilə cərrahi yolla doldurula bilər. Bu tip əməliyyatlar Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsində tərəfimizdən müvəffəqiyyətlə icra olunur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment