1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


She’s Next Empowered by Visa təşəbbüsünün ikinci dalğası çərçivəsində keçirilmiş müsabiqədə 600-dan artıq Azərbaycan qadını iştirak etdi
22.11.2022

She’s Next Empowered by Visa qlobal təşəbbüsün Azərbaycanda icrasının ikinci dalğası çərçivəsində Visa şirkəti qadın sahibkarlar və öz biznesini açmaq arzusunda olan qadınlar üçün müsabiqə keçirtdi. 602 qadının iştirak ərizəsi göndərdiyi müsabiqədə 2 qalib pul mükafatları uddu: “Əməli biznes” kateqoriyasında qalib biznesinin inkişafı üçün öz 15 000 manat, “Biznes ideyası” kateqoriyasında qalib isə öz işinin qurulması üçün 10 000 manat məbləğində mükafatlar qazandılar. 

19 noyabrda Visa şirkətinin təşkil etdiyi qadın sahibkarlar və öz işini qurmaq niyyətində olan qadınlar üçün müsabiqənin finalı keçirildi. Final Visa Elevator Pitch Day formatında baş tutdu — finalçılar bizneslərini və biznes ideyalarını 2-dəqiqəlik qısa nitqlər şəklində təqdim etdilər. Bu yekun yarışa vəsiqə qazanmış 12 finalçı müsabiqənin öncəki mərhələlərini ən uğurlu nəticələrlə bitirmiş iştirakçılar arasından seçildi. Müsabiqənin iki qalibi Visa şirkətindən bizneslərinin inkişafına və ya qurulması üçün pul mükafatları əldə etdilər. “Əməli biznes” kateqoriyasında qalib olmuş Türkan İsmayıllı  xüsusi qayğıya ehtiyacı olan uşaqların nitqinin inkişaf etdirilməsi üçün animasiyalar  və audio nağıllar nümayiş edən Youtube kanalı sahəsində öz biznesini inkişaf etdirir. “Biznes ideyası” kateqoriyasında 0-3 yaşlı uşaqlar üçün inkişafedici "Bubop" adlı qutuları üzrə layihə təqdim etmiş Səbinə Həşimova qalib tanındı. 

Final yarışda finalçılar öz layihələrini münsiflər heyətinə təqdim etməkdən öncə bütün iştirakçılar hazırlıqdan keçdilər və effektiv təqdimat üzrə onlayn təlimin dinləyiciləri oldular. Biznes inkişafı və nitq sahəsində ekspertlər təlim iştirakçıları ilə effektiv təqdimatın strukturu, effektiv nitq elementləri, auditoriya ilə iş prinsipləri və bir çox digər mövzulara dair faydalı məsləhətlərlə bölüşdülər. Təlimin yazısı Visa-nın YouTube kanalında yerləşdirilib. Gələcəkdə bu bilik və bacarıqlar müsabiqə iştirakçılarına öz biznes ideyalarını üçün investisiyaları cəlb etmək üçün onları uğurlu təqdim edib müdafiə etməyə kömək edəcək. 

“Visa şirkətinin strateji məqsədlərindən biri bütün dünyada qadın sahibkarlarının dəstəklənməsidir.   She’s Next Empowered by Visa qlobal təşəbbüsü bütün dünyada artıq on minlərlə qadına kömək edib. Təşəbbüsə qatılan qadınlar təhsil layihələri vasitəsilə bilik və bacarıqlar əldə edir, öz bizneslərinin inkişafı üçün yatırımlar cəlb edir və ya pul mükafatları udurlar, güclü qadınların nümunələrindən ruhlanırlar. Təşəbbüsün dalbadal ikinci il ərzində Azərbaycanda keçirilməsi xüsusilə sevindiricidir. Biz görürük ki, Azərbaycan qadınları öz işini qurmağa və inkişaf etdirməyə getdikcə böyük maraq göstərirlər,” – deyərək Nurlan Hacıyev, baş direktor, Visa-nın Azərbaycanda regional meneceri şərh verdi.  

Maliyyə və təhsildən savayı, layihənin digər vacib komponenti qadınların motivasiyasıdır. She’s Next Empowered by Visa qlobal təşəbbüsün ikinci dalğası çərçivəsində müvəffəqiyyət qazanmış Azərbaycanlı qadın sahibkarlarla podkastlar yazıldı. Azərbaycanda biznes qurmuş 5 qadın öz uğur hekayələri ilə paylaşdılar. Podkast qəhrəmanlarını və onların qurduqları biznesləri ümumi ideya birləşdirir: milli və mədəni motivlərlə zəngin tətbiqi sənət əsasında uğurlu biznesin qurulması, məs.  kəlağayılar, xarratlıq və zərgərlik əşyaları və ya açıqca və suvenirlər istehsalı və satışı. Always Inspired podkastının platfotrmasında sahibkarların hekayələrinə qulaq asıb ruhlana bilərsiniz. 

“Qadınlara öz biznes ideyaların icrasında xüsusi kömək lazımdır. Visa şirkətinin She’s Next Empowered by Visa təşəbbüsü qadın biznesinin inkişafına böyük töhfələr verir. Mən, Azərbaycanda yüzlərlə digər qadınla yanaşı öz biznesimin inkişafı üçün dəyərli biliklər əldə etdim. Qazandığım mükafat biznesimin - 0-3 yaşlı uşaqlar üçün inkişafedici "Bubop" adlı qutuların yaradılmasına sərf olunacaq”  – “Business idea” kateqoriyasının qalibi Səbinə Həşimova qeyd etdi. 

“Visa şirkətinin müsabiqəsində iştirak səni inkişaf etdirən, sənə təhsil bazası və maliyyə resursu verən gözəl təcrübədir. Bütün iştirakçıların və münsiflərin dəstəyini hiss etmək çox xoş idi. Mükafatımı  xüsusi qayğıya ehtiyacı olan uşaqların nitqinin inkişaf etdirilməsi üçün animasiyaların  və audio nağılların hazırlanmasına xərcləyəcəm,” – “Operational business” kateqoriyasının qalibi Türkan İsmayıllı söylədi. 

2022 ilin sentyabrında Visa şirkəti She’s Next Empowered by Visa qlobal təşəbbüsün Azərbaycanda ikinci dalğasına start verilməsini elan etdi. Artıq ikinci ildir ki, təşəbbüsün tərəfdaşı WoWoman – dır - qadınlarının inkişafı və motivasiyası üçün platforma. She’s Next Empowered by Visa təşəbbüsü mikro və kiçik bizneslə məşğul olan qadınlara kömək etmək məqsədi daşıyır. Layihə işgüzar qadınlara biznesin idarə edilməsinə dair praktiki məsləhətlər və əlavə maliyyə verməklə qadın sahibkarlığının inkişafına xidmət edir. 

Visa haqqında məlumat

Visa.com.az Visa (NYSE: V)  rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla Visa.com.az saytında tanış ola bilərsiniz.

WoWoman haqqında məlumat:

WoWoman platforması, Facebook tərəfindən dünyanın 100 ən yaxşı icması arasında seçilmiş və təsisçisi Sosial Sahibkarlıq kateqoriyasında Forbes 30 under 30 siyahısına daxil edilmiş, qadınların inkişafı və motivasiyası üçün platformadır. WoWoman komandası 6 ildən artıq fəaliyyət göstərir ki, Azərbaycanda 10 000-dən çox qadın üçün müxtəlif mövzularda 500-dən çox təlim və 50-dən çox kurs təşkil edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment