1 USD 1,7000    1 EUR 1,6936    1 RUB 0,0281    1 TRY 0,0935    XAU 2984,8175    XAG 32,7576    XPT 1509,3280    XPD 3642,8705   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Yaşıl istiqrazlar və dayanıqlı maliyyələşmə mövzusunda tədbir keçirilmişdir
22.11.2022

Mərkəzi Bank tərəfindən kapital bazarının inkişafına dair starteji planda müəyyən edilmiş hədəflərin icrası üzrə davamlı tədbirlər həyata keçirilməkdədir. Növbəti tədbir kimi 14 noyabr 2022-ci il tarixində Mərkəzi Bank və Dünya Bankı tərəfindən yaşıl istiqrazlar və dayanıqlı maliyyələşmə mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Dünya Bankının ekspertləri tərəfindən yaşıl istiqrazlar üzrə qlobal trendlər, əsas drayverlər və qabaqcıl ölkə təcrübələri, o cümlədən dayanıqlı maliyyələşmə sahəsində müasir yanaşmalar, maliyyə sektorunun bu sahədə rolu və məsuliyyəti, istifadə olunan alətlərlə bağlı təqdimatlar edilmişdir. Həmçinin tədbirdə dayanıqlı maliyyələşmə və yaşıl istiqrazlar üzrə təşəbbüslərin ölkəmizdə tətbiqi imkanları üzrə fikir mübadiləsi təşkil edilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və digər dövlət orqanlarının, o cümlədən Bakı Fond Birjası, Milli Depozit Mərkəzi, həmçinin investisiya şirkətlərinin və bankların nümayəndələri iştirak etmişdir.

İnteraktiv seminar formasında təşkil edilən tədbirdə iştirakçıların dayanıqlı maliyyələşmə və yaşıl istiqrazlar üzrə sualları ekspertlər tərəfindən cavablandırılmışdır.

 


     



12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
 
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment