1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Oleq İvaniyçuk, AccessBank-ın Müşahidə Şurasının sədri ilə müsahibə
15.11.2022

- Cənab İvaniyçuk, AccessBank-da Müşahidə Şurasına rəhbərlik etmək sizin üçün nə ifadə edir?

- Bu mənim üçün şərəf, imtiyaz və məsuliyyətdir. Çətin günlərdə bu komanda, rəhbərlik, Müşahidə Şurası və səhmdarları dəstəkləməkdən, həmçinin Bankı bütün səviyyələrdə təmsil edən əməkdaşlarla işləməkdən qürur duyuram. Bu məsuliyyət məni çox ruhlandırır. 

- AccessBank-ın Azərbaycan iqtisadiyyatına təsiri barədə nə düşünürsünüz və bankın ötən illərini necə dəyərləndirərdiniz? Siz rəhbərliyə başlayandan sonra bank mühiti dəyişibmi?

- AccessBank-ın iqtisadiyyata təsiri bir sıra amillərə görə əhəmiyyətlidir. Birincisi, AccessBank sahibkarlara, KOB-lara və fərdi ev təsərrüfatlarına yüksək keyfiyyətli maliyyə xidmətləri göstərir. İkincisi, AccessBank təqdim etdiyi xidmətlərin keyfiyyət və miqyasını  artırır. Daha sonra Bank, sektor üçün çoxsaylı ixtisaslı bankirlər yetişdirir. Eyni zamanda korporativ idarəetməsində yüksək standartlar tətbiq edir.  

Sualın ikinci hissəsinə gəldikdə isə düşünürəm ki, Bank mühiti artan rəqabətdən və Covid-19 pandemiyasının uğurla dəf edilməsindən sonra daha da gücləndi. Hazırda banklar xidmət səviyyələrini artırıblar və müştərilər, əməkdaşlar və investorların xeyrinə daha da təkmilləşmək, yeniliklər etmək və gələcək əngəlləri aşmaq üçün üstün mövqedədirlər.

- Yaxın 5 ildə AccessBank-dan gözləntiləriniz nədir?

- AccessBank-dan gözləntim əhaliyə daha keyfiyyətli xidmət təklif etməsidir. Həmçinin bankın komandasının daha da peşəkarlaşacağına ümid edirəm. Bankdan növbəti 5 il üçün  gözləntim isə  müsbət və stabil nəticələr əldə etməsi, güclü və davamlı fəaliyyət göstərməsi və Azərbaycanın bank sektorunda yeniliklərlə töhfə verməsidir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment