1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Uşağın təhlükəsiz rəqəmsal həyatı üçün nələr lazımdır – Kaspersky tövsiyələri ilə paylaşır
04.11.2022

Valideynlərin mühüm vəzifəsi uşaqlara informasiya ilə zəngin rəqəmsal dünyada mövcud olmağı öyrətməkdir. Kaspersky mütəxəssisləri uşağa internetdə düzgün davranışı inkişaf etdirməyə kömək edəcək yeddi vərdişi müəyyən edib.

1. Qadcetsiz vaxt aralığı

Kompüter və qadcetlərdən asılılıq yuxu problemlərinə, əhval-ruhiyyənin dəyişməsinə, çəki artımına, özünə inamın azalmasına və bədənin qeyri-adekvat qavranmasına səbəb ola bilər. Buna görə də, ən yaxşısı yatmazdan əvvəl qadcetlərdən istifadə etməmək və gecələr səssiz rejimi işə salmaqdır. Telefondan prinsipcə istifadə etməməli olduğunuz digər vəziyyətləri müzakirə etməyə dəyər, məsələn, ailə yeməyi müddətində.

2. Cihazın enerji dolumuna nəzarət edin

Texnologiyanın inkişafına baxmayaraq, qadcetlərin enerjisi tez-tez tükənir. Uşağınızın əlaqə saxlaması üçün onu yatmazdan əvvəl dəhlizdə və ya mətbəxdə telefonunun batareyasını doldurmağı təklif edin. Beləliklə, bir daşla iki quş vurmuş olursunuz: cihazın enerji deposu həmişə səhər saatlarında dolu olacaq və uşağın yatmazdan əvvəl gülməli şəkilləri vərəqləmək imkanı olmayacaq. Uşağınıza portativ enerji doldurma cihazı (power bank) almaq və uzun müddət evdən çıxarkən onu həmişə özü ilə aparmağı öyrətmək də faydalı olacaq.

3. Təhlükəsizlik qaydalarına əməl edin - həm onlayn, həm də real dünyada

Uşaq virtual aləmə qərq olduğu zaman onu real dünyada da təhlükələr gözləyir. Əvvəlcə izah edin ki, yolu keçərkən və ya pilləkənlərlə qalxarkən telefona baxmaq təhlükəlidir. Ayrı-ayrılıqda onlayn təhlükəsizlik haqqında danışın, çünki uşaq fırıldaqçılıq, şəxsi məlumat oğurluğu, viruslar və bir çox digər təhlükələrlə üzləşə bilər. Uşağınızı heç bir halda onun özünü və ya dostlarından birini çətin vəziyyətə sala biləcək şəxsi sənədlərin, bank kartlarından alınan məlumatların və fotoşəkillərin internetdə paylaşılmaması barədə xəbərdar etməyi unutmayın.

4. Rəqəmsal etiket qaydalarına riayət edin

Adi oflayn məkanda olduğu kimi, rəqəmsal dünyada da yazılmamış etiket qaydaları var. İnsan adətən bu qaydaları virtual ünsiyyət vasitəsi ilə öyrənir. Amma uşağa əvvəlcədən bəzi normalar haqqında danışaraq utancverici vəziyyətlərdən qaçmağa kömək etmək lazımdır. Məsələn, internetdə nəyin etməli və nəyi etməməli olduğunu izah etmək. Universal sınaq - özünüzə sual verməkdir: bunu canlı olaraq bir insana deyərdimmi? İnternetdə təhqir yazmaq, insanları aşağılamaq yolverilməzdir.

5. Media istehlakında qənaətcil olun

Sonsuz bildirişlər yorucudur və diqqətinizi bir şeyə cəmləməyə imkan vermir. Uşaqlar bir yana, hətta böyüklər də bəzən “bir saniyəlik messencerə baxmaq” tamahının öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Uşağınızın telefonunda bildirişləri məhdudlaşdırın ki, onlar məktəbdən və ya digər fəaliyyətlərdən yayınmasınlar, işləri daha tez yerinə yetirsinlər və daha az yorulsunlar.

6. İnformasiyanı sistemləşdirin

Telefon və kompüterdəki nizam, insan beynindəki nizamın əksidir. Dolabdakı qarmaqarışıq vəziyyət uşağınızın həyatını ciddi şəkildə çətinləşdirə bilməz, lakin itirilmiş şifrələr, fayllar və ya unudulmuş telefon nömrələri onları həqiqətən sınağa çəkə bilər. Uşağa erkən yaşlarından məlumatları sistemləşdirməyi öyrətmək lazımdır.

7. "Rəqəmsal detoks" edin

Valideynlər övladlarının ekran vaxtını minimuma endirməyə nə qədər çalışsalar da, çox güman ki, onun məlumatla "doyurulması" qaçılmazdır. Uşaq internetin həyatındakı rolunu dayandırmağı və azaltmağı bacarmalıdır: əvvəlcə sizin köməyinizlə, sonra isə öz gücü ilə. Məlumatla həddən artıq yüklənmə ilə mübarizə aparmağın daha təsirli (lakin daha mürəkkəb) yolu "rəqəmsal detoks", yəni bu və ya digər dövr üçün qadcetlərdən tamamilə imtina etməkdir. Ən yaxşısı bunu müntəzəm şəkildə etməkdir.

Rəqəmsal əsr valideynlər üçün yeni problemlər təqdim edir. Onları həll edərkən ən əsası unutmamaq lazımdır ki, ən yaxşı nümunə öz üzərində göstərilən nümunədir. Bu qaydalara riayət etmək asan olmayacaq, lakin zaman keçdikcə onlar vərdiş halına gələcək və uşağın həyatını daha aydın gələcəyə yönləndirəcək.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment