2 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2026024706 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 9 investor tərəfindən qiymət intervalı 98.6875 (5.7%) manat və 99.0753 (4%) manat olan 14 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54,505,100 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.9610 (4.5%) manat, orta ölçülmüş qiyməti isə 98.9967 (4.34%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 25.01.2023-cü ildir.
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.