2 və 3 noyabr 2022-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Notun müddəti (gün)
|
ISIN
|
Qeydiyyataalınmış məbləğ (manat)
|
Hərrac
tarixi
|
Hərraca çıxarılan məbləğ (manat)
|
Nomi nal
|
Miqdar
|
Notun ödəniş tarixi
|
28
|
AZ2025024707
|
30.000.000
|
02.11.2022
|
30.000.000
|
100
|
300.000
|
30.11.2022
|
84
|
AZ2026024706
|
30.000.000
|
02.11.2022
|
30.000.000
|
100
|
300.000
|
25.01.2023
|
168
|
AZ2027024705
|
30.000.000
|
03.11.2022
|
30.000.000
|
100
|
300.000
|
20.04.2023
|
252
|
AZ2028024704
|
30.000.000
|
03.11.2022
|
30.000.000
|
100
|
300.000
|
13.07.2023
|
Hərracın gedişi zamanı hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq (1 rəqabətli və 1 qeyrirəqabətli) olmamalıdır. Bir bank tərəfindən verilmiş rəqabətli sifarişin nominal məbləği hərraca çıxarılmış notların həcminin 20%-dən artıq olmamalıdır və qeyri-rəqabətli sifarişinin həcmi rəqabətli sifarişinin həcminin 20%-dən artıq olmamalıdır. Sifarişlər üzrə qiymət diapozonu məhdudiyyəti tətbiq olunmur.
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.
Hərrac zamanı təqdim edilən rəqabətli sifarişlərin sayı 5-dən az olduqda hərrac baş tutmamış
hesab ediləcəkdir. Hərrac zamanı bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata
keçiriləcəkdir
Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.