25 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106017947 ISIN-li, 30 mln. manat həcmində, 1092 gün tədavül müddətli (effektiv gün 973) olan dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 93.7728 (7.9994%) manat və 97.7349 (6.4505%) manat olan 31 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.2731 (7.7994%) manat, orta ölçülmüş qiyməti 95.0619 (7.4867%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 109,651,200 manat, yerləşdirilmiş həcmi isə 45,000,000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 24 iyun 2025-ci il.
Hərrac iştirakçıları 26 oktyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.