1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” Sığorta müştəriləri “Bəhram Bağırzadə ilə imza günü” tədbirində toplaşıb
24.10.2022

Ötən gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi  ilə 2019-cu ildən fəaliyyətə başlamış  Bakı Fotoqrafiya Evində Bəhram Bağırzadənin uşaqlara həsr olunmuş “Qarabağ Azərbaycandır”, “Şuşa” kitablarının təqdimatı və imza mərasimi keçirilib. 

“Atəşgah” Sığorta Şirkətinin “Loyallıq sistemi” çərçivəsində “Məşhur şəxslərlə görüş” rubrikasının ilk tədbiri “Bəhram Bağırzadə ilə imza günü” olub. Hər kəsin sevimlisi Bəhram Bağırzadə - Azərbaycanın Əməkdar artisti, Rəssamlar və Kinematoqrafçılar İttifaqının, Fotoqraflar Birliyinin və Karikaturaçılar Cəmiyyətinin üzvü, yazıçı, aktyor və rejissor, əfsanəvi "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü, qırxdan artıq uşaq kitabının müəllifidir.

“Atəşgah” Sığortanın əməkdaşları tədbirin rəsmi hissəsində görüşə toplaşan korporativ müştəriləri ilə daha yaxından tanış olmuş, əlaqələrin gücləndirilməsi məqsədilə kofe fasiləsi təşkil etmiş, müştərilərə və onların övladlarına fərdi diqqət göstərərək onların Şirkət haqda rəylərini dinləmiş, loyallıqları üçün minnətdarlıq etmişlər. 

Tədbirin bədii hissəsində Bəhram Bağırzadə 2 saat ərzində möhtəşəm tar ifasının sədaları altında öz yaradıcılıq yolundan bəhs etmiş, maraqlı xatirələr bölüşmüş, öz sevənlərinin suallarını cavablandırmış, şəkillər çəkdirmiş və Qarabağ tarixi haqda yazılmış şəkilli ensiklopediyaları və xüsusən də “Qarabağ Azərbaycandır!” və “Şuşa” barədə olan kitabları haqqında bəhs etmişdir. Bəhram Bağırzadə tədbir iştirakçılarına və onların övladlarına müəllif imzası ilə olan kitablar hədiyyə etmişdir. 

Sonda balaca övladlarımız Bəhram əmiyə Vətən sevgilərindən bəhs edib, belə maraqlı gün və kitablar üçün ona təşəkkürlərini bildirmişlər!

Qeyd edək ki, yüksək etibarlılıq imicinə  malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment