1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Glensol və Milli Aviasiya Akademiyası Azneft-in texniki işçiləri üçün təlim keçirib
18.10.2022

* Milli Aviasiya Akademiyası ilə əməkdaşlıq Glensolun yeni yaradılmış texniki təlimlər üzrə xidmət sahəsini daha da gücləndirir

* Azneft İstehsalat Birliyinin texniki mütəxəssislərinin bacarıqlarının təkmilləşdirilməsi Nobel Energy şirkətinin neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmət üzrə törəmə müəssisəsi olan Glensol, Milli Aviasiya Akademiyası ilə birgə SOCAR-ın Azneft İstehsalat Birliyinin (İB) texniki işçiləri üçün təlim proqramı həyata keçirib. “Neft-qaz sənayesində istismar olunan qurğulara texniki xidmət göstərən personalın hazırlığı” adlıtəlim proqramının məqsədi texniki işçiləri zəruri bilik və bacarıqlarla təmin etməkdir.

Təlim proqramı Glensol şirkətinin texniki mütəxəssisləri və Milli Aviasiya Akademiyasının professormüəllim heyəti tərəfindən Azneft İB-nin “28 May” və “Neft Daşları” Neft və Qazçıxarma İdarələrinin texniki-mexanik, elektrik və elektronçu işçiləri üçün Akademiyanın nəzəri və praktiki tədris bazasında

keçirilib. Təlim Proqramı başa çatdıqdan sonra Azneft İB-də proqram iştirakçılarına sertifikatların təqdim olunması ilə bağlı tədbir keçirilib.

Azneft İB-nin baş direktoru Şahmar Hüseynov təlim iştirakçılarına sertifikatları təqdim edərək deyib: “Biz tələblərin getdikcə artdığı bir dünyada işçilərin texniki bacarıq və imkanlarının inkişaf etdirilməsinin vacibliyini qəbul edirik. Bu məqsədlə biz Glensol və Milli Aviasiya Akademiyası

tərəfindən peşəkar səviyyədə təqdim olunan bu proqrama qoşulmuşuq. Bütün iştirakçıları belə faydalı bir proqramı bitirmələri münasibətilə səmimi qəlbdən təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram.”

Glensolun baş direktoru Tamerlan Əliyev deyib: “Glensol uzun müddətdir ki, Azneft İB-nə texniki baxım, təmir və əməliyyatlar layihələrində xidmət göstərir, lakin tərəfdaş şirkətdən olan dəyərli həmkarlarımız üçün təlim proqramına başlamağımız əməkdaşlığımızda yeni səhifənin açılmasında irəliyə doğru atılan mühüm bir addımdır.

Həmçinin, Glensol ilə Milli Aviasiya Akademiyası arasındakı səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulamaq istərdim. Ötən il Akademiya ilə imzalanmış müqavilə bu kimi yüksək səviyyəli texniki təlimlərin keçirilməsi üçün güclü zəmin yaratmışdır. Əminəm ki, səylərimizi birləşdirməklə biz xidmətlərimizin coğrafiyasını daha da genişləndirə, həm mövcud, həm də potensial xarici müştərilərimizə öz təlim xidmətlərimizi təklif edə bilərik.”

***

2012-ci ildə Nobel Energy şirkətinin törəməsi kimi yaradılmış Glensol şirkəti neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşıb. Şirkət böyük enerji şirkətləri də daxil olmaqla yerli və xaici neft və qaz şirkətlərinə turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, bp və digər böyük şirkətlər Glensolun müştəriləri sırasındadır.

Glensol şirkəti haqda daha ətraflı məlumat üçün: www.glensol.az

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment