13 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2016024708 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 9 investor tərəfindən qiymət intervalı 96.2927 (5.50%) və 97.144 (4.20%) olan 15 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 47,950,400 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96.4293 (5.29%) və orta ölçülmüş qiyməti 96.6033 (5.02%) olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 22.06.2023-cü ildir
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.