1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Yelo Bank "Sibos 2022" beynəlxalq konfransında iştirak edir
12.10.2022

Oktyabrın 10-u Amsterdamda dünyanın ən nüfuzlu beynəlxalq maliyyə sərgi və konfransı olan “Sibos 2022” tədbiri start götürüb. 4 gün davam edəcək konfransın 9300-dən çox iştirakçısı arasında Yelo Bank-ın nümayəndəliyi də var. Bankı tədbirdə İdarə Heyəti sədrinin müavini Günay Cəlilova və sədr müşaviri Fəridə Pirverdiyeva təmsil edirlər. Builki konfrans dəyişkən dünya üçün proqressiv maliyyəyə həsr olunub.

Pandemiyadan sonra ilk dəfə canlı şəkildə təşkil olunan Sibos 2022 tədbirində 250-dən çox spiker maliyyə sektorunda baş verən innovativ yeniliklər, qeyri-sabit zamanlarda uğur qazanılması və davamlılığın qorunması və digər məsələlər ətrafında müzakirələr aparacaq. 

Yelo Bank-ın sədr müavini Günay Cəlilovanın sözlərinə görə Sibos konfransı beynəlxalq maliyyə icması üçün xüsusi əhəmiyyət kəsb edir: "Maliyyə sektoru sürətli dəyişir. Bu dəyişikliklərə uyğunlaşan Yelo Bank da xidmət və məhsullarının, o cümlədən filialların rəqəmsallaşması istiqamətində mühüm işlər görür. Belə tədbiri dünyanın müxtəlif banklarının nümayəndələri ilə fikir mübadiləsi aparmaq, işgüzar əlaqələr qurmaq, qlobal təcrübə paylaşmaq baxımından çox əhəmiyyətli hesab edirik. Tədbirdə bir sıra xarici maliyyə təşkilatlarının görüşlərinə qatıldıq. Bu görüşlərdə maliyyə institutlarındakı innovativ trendlər, yeni texnologiyalar, çağırışlar haqqında effektiv müzakirələr aparıb, təcrübələrimizi bölüşdük. İnanıram ki, bu müzakirələr gələcək fəaliyyətimizdə çox faydalı olacaq".

Bank xidmətləri, həmçinin, kredit kalkulyatoru haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment