1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Korporativ istiqrazlar: peşəkar təhlil və risk yanaşması” müsabiqəsinin final mərhələsi keçirilmişdir
05.10.2022

30 sentyabr 2022-ci il tarixində “Landmark” Hoteldə Azərbaycan Banklar Assosiasiyasının (ABA) ilə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) əməkdaşlığı çərçivəsində “Korporativ istiqrazlar: peşəkar təhlil və risk yanaşması” müsabiqəsinin final mərhələsi keçirilmişdir. Müsabiqənin əvvəlində AFBİA-nın İdarə Heyətinin Sədri Ceyhun Hacıyev çıxış edərək, ABA və Azərbaycan Respublikasının Mərkəzi Bankına göstərdikləri dəstəyə görə təşəkkürünü bildirmiş və bu cür tədbirlərin bank sektoru ilə kapital bazarının qarşılıqlı şəkildə inkişaf etməsinə şərait yaratdığını qeyd etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mərkəzi Bankının və ABA-nın nümayəndələri də Ceyhun Hacıyevin fikrinə dəstək olaraq, müsabiqənin önəmini öz çıxışlarında qeyd etmişlər.

Daha sonra birinci mərhələnin nəticələrinə əsasən münsiflər heyəti tərəfindən daha öncə seçilmiş 8 Bankın komandaları final mərhələsində ilk 3 yeri tutmaq üçün mübarizə aparmış və müsabiqənin sonunda aşağıdakı banklar müvafiq olaraq, birinci, ikinci və üçüncü yerlərin qalibləri olmuşdur:

1. Azərbaycan Beynəlxalq Bankı

2. Kapital Bank

3. PAŞA Bank

Müsabiqənin sonunda qaliblərə müvafiq sertifikatlar və mükafatlar təqdim olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, bu cür tədbirlər ölkəmizdə fəaliyyət göstərən bankların yerli korporativ istiqrazlara marağını daha da artıracaq, bankların risk departamentlərinin yerli kapital bazarına yeni yanaşmalar tətbiq etməsini stimullaşdırıcaq.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment