1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank sahibkar olan fiziki şəxslərə onlayn kredit təklif edir
05.10.2022

Kapital Bank hər zaman yeni və rahat xidmətləri müştərilərə təqdim edən ən fəal banklardandır. Bu dəfə Kapital Bank mikro biznes müştərilərinə yeni bir xidmət təklif edir!  Belə ki, ilk dəfə olaraq mikro bizneslə məşğul olan fərdi sahibkarlar banka gəlmədən, öz işindən ayrılmadan, əlavə vaxt itirmədən daha rahat şəkildə bizneslərinin inkişafı üçün nağd pul krediti əldə edə biləcəklər.

Bunun üçün müştəri Kapital Bank-ın korporativ saytındakı “Mikro Kredit” bölməsinə daxil olmaqla banka müraciət ünvanlayır. Sonrakı mərhələdə bankın əməkdaşları müraciəti təhlil edir, təyin olunan kredit məbləği barədə müştəriyə məlumat verir və rəsmiləşdirməni tamamlayaraq vəsaiti müştərinin Kapital Bank-da olan biznes kartına və ya sahibkar hesabına köçürür. Kart da bank tərəfindən müştəriyə çatdırılır.

Hər addımda müştəri məmnuniyyətini artırmağı hədəf seçən Kapital Bank-ın mikro biznes müştərilərinə daha bir yeniliyi isə sahibkar hesabı Kapital Bank-da olan müştərilərə dövriyyə əsasında kredit götürmə imkanının yaradılmasıdır. Belə ki, yeni təhlil modelinə əsasən müştərilər ənənəvi kreditləşmə prosesini keçmədən, yəni biznes və yaşayış yerlərinə vizit edilmədən kredit əldə edə biləcəklər. Xüsusi ilə qeyd etmək istəyirik ki, sahibkar hesabı Kapital Bank-da xidmət alan müştərilərə Mikro kreditlər heç bir təminat, zamin və ya girov tələb edilmədən verilir. 

Qeyd edək ki, Kapital Bank-da Mikro kreditlərin maksimal məbləği 100 000 AZN olmaqla 48 ayadək müddətə, 16%-dən başlayan illik faiz dərəcəsi ilə verilir. Ətraflı məlumat üçün – www.kbl.az/mbkpr keçidindən istifadə edərək və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələri vasitəsilə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment