1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


4-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramına start verilir
04.10.2022

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və ABB-nin sponsorluğu ilə 4-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramına start verilir.

Proqramda İKT, elektron xidmətlər və rəqəmsal həllər sahəsində öz biliklərini artırmaq istəyən jurnalistlər, media nümayəndələri və cəmiyyətin maarifləndirilməsinə töhfə vermək istəyən blogerlər iştirak edə bilərlər.

“Rəqəmsal Jurnalistikaya doğru” proqramının əsas məqsədi kütləvi informasiya vasitələri nümayəndələrinin rəqəmsal həllər, elektron xidmətlər və rəqəmsal sahədə digər mövzular haqqında bilgilərini artırmaq, onların dəstəyi ilə cəmiyyətin, vətəndaşların maariflənməsinə töhfə verməkdir.

#Yeniliklərikəşfet devizi altında keçirilən “Rəqəmsal Jurnalistikaya doğru” proqramı iki mərhələdən ibarətdir:

- Birinci mərhələdə seçilmiş iştirakçılar üçün xüsusi proqram üzrə təlimlər keçiriləcək. Təlimlər 24-28 oktyabr tarixində, həftəiçi 5 gün, saat 10.00 – 13.00 aralığında həyata keçiriləcək. Təlimlərdə jurnalistika və İKT sahəsində son trendlər, elektron dövlət layihələri və rəqəmsal həllər, informasiya təhlükəsizliyi, süni intellekt, blogerlik fəaliyyəti, sosial media, startaplar və digər mövzular yer alacaq.

- Proqramın ikinci mərhələsində isə təlimləri uğurla bitirmiş iştirakçılar arasında yazı müsabiqəsi keçiriləcək. Bu hissədə iştirakçılar onlara təqdim olunan mövzular arasından seçim edərək araşdırma və maarifləndirici xarakterli məqalələr hazırlayacaqlar.

Müsabiqə iştirakçılarının yazılarını Münsiflər Heyəti qiymətləndirəcək. İlk üç yerin qalibinə pul mükafatı veriləcək.

Mükafat fondu 2200 AZN olan müsabiqədə I yerin qalibi – 1000 AZN, II yerin qalibi – 700 AZN, III yerin qalibi isə 500 AZN məbləğində pul mükafatı alacaq.

Proqramı müvəffəqiyyətlə başa vuran iştirakçılar Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən xüsusi sertifikatla da təltif olunacaqlar.

Proqrama son müraciət tarixi 15 oktyabr 2022-ci ildir.

Müraciət linki: https://forms.gle/9v1CzKn9BgEetSaA6 

Layihə ilə bağlı ətraflı məlumat əldə etmək üçün:

https://www.digital.gov.az/digitalazerbaijan/webinars/5/reqemsal-jurnalistikaya-dogru-proqrami-4 

Əlavə suallar üçün digicom@asan.gov.az 

İndiyədək sayca 3 “Rəqəmsal Jurnalistikaya doğru” proqramı keçirilib. Layihə çərçivəsində 100-dən çox media nümayəndəsinə təlimlər verilib, sertifikatlar təqdim edilib.

Proqramın media tərəfdaşı “ASAN Radio”dur.

Rəqəmsal sahədə bizimlə inkişaf edin!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment