1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” Sığorta əməkdaşları IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya edib
30.09.2022

“Atəşgah” Sığorta “4 ayaqlı dostlarımıza dəstək” sosial layihəsi çərçivəsində növbəti addım atıb. Belə ki, IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya edilib, mərkəzdə mühafizə olunan 4 ayaqlı dostlarımız ziyarət edilib və yemlə təmin olunublar. 

Ekskursiya zamanı Heydər Əliyev Fondunun Vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən təməli qoyulan və 2017-ci ildən rəsmi fəaliyyətə başlamış IDEA Heyvanlara Qayğı Mərkəzinin yaranması haqqında məlumat verilib.

Daha sonra Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq və karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu barədə məlumat verilməklə hər bir obyektin təqdimatı olub.

Xatırladaq ki, “4 ayaqlı dostlarımıza dəstək” 2022-ci ilin əvvəlindən start götürən korporativ sosial məsuliyyət layihəsi idi və silsilə tədbirlərlə davam etdiriləcəyi bildirilmişdi. Layihənin ilk mərhələsi çərçivəsində sahibsiz küçə heyvanları üçün evciklər hazırlanmış və bu evciklər yemlik qabları və yemlə təmin olunmuşdu. Evciklərin biri  “Atəşgah” Sığorta Qrupunun Baş ofisi qarşısında, digər evciklər isə şəhərin müxtəlif məkanlarında yerləşdirilmişdi.

Cəmiyyətə, ətraf-mühitə faydalı addımlar atmaq, sosial məsuliyyətlərimizi dərk etməyin hər bir şəxsin və toplumun borcu olduğunu iddia edən “Atəşgah” Sığorta Şirkəti  bugünədək sosial məsuliyyətlərinə diqqətli yanaşmış, növbəti fəaliyyət dövrü ərzində də bunu davam etdirəcəyi barədə açıqlama etmişdir.

Qeyd edək ki, yüksək etibarlılıq imicinə  malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment