1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqu Emin Hacıbalayev
29.09.2022

“Həkim məsləhəti” rubrikamızda Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqu Emin Hacıbalayev “SADS (qəfləti aritmik ölüm sindromu)” mövzusunda məlumat verib.

İnvaziv kardioloq bildirib ki, SADS - yaşı 40-dan aşağı olan insanların qəfil ölüm sindromudur. Son 2 il ərzində, xüsusilə pandemiya dövründə bu diaqnozdan ümumi ölüm faizində artım müşahidə olunub. Buna səbəb isə ürəyin elektrik ötürücü sistemində patologiyalar və onların verdiyi fəsadlardır. 

Əsasən təhlükəli aritmiyalar aşağıdakı xəstəliklərin nəticəsidir:

- Bruqada sindromu

- Katexolaminerjik polimorf mədəcik taxikardiyası 

- Uzun QT sindromu (UQTS) 

- Qısa QT sindromu (SQT)

 - Timoti sindromu 

 - WPW sindromu 

Həkimin sözlərinə görə, bu simptomlar təhlükə olduğunu göstərir:

- İdman və ya fiziki aktivlik zamanı sinədə diskomfort, ağrı, təngənəfəslik, bayılma ya qıcolma, qorxu hissi

- Bəzi pasiyentlərdə yuxu zamanı qısa müddətli ürək dayanmaları, nəfəsin qeyri-normal alınması

- Ürək çırpıntısı hissi

- Barmaqlar arasında pərdə olması. Bu, nadir simptomlardan ola bilər.

Emin Hacıbalayev  xəstəliyə diaqnoz qoymağın üsullarını da açıqlayıb. Qeyd edib ki, elektrokardiogramma, tredmil test, genetik testlər,  katexolamin provokasiya testi, exokardioqrafiya, Holter monitorinq, Fetal EXO, Angioqrafiya kateterizasiya və Elektrofizioloji müayinə vasitəsilə xəstəliyə diaqnoz qoymaq mümkündür.

“Xəstəliyi əsas səbəbdən asılı olaraq düzgün müalicə taktikası, implantasiya edilə bilən kardioverter-defibrilyator, beta blokerlər və xinidin istifadə etməklə, eləcə də sol ürəyin simpatik denervasiyası və QT intervalı uzadan dərmanların istifadəsini dayandırmaqla müalicə etmək mümkündür”, - deyə həkim bildirib.

Dr.Emin Hacıbalayev pasiyentlərə səhhətlərində hər hansı problemin olduğuna dair şübhə yarandıqda dərhal kardioloji müayinələrdən keçməyi və pandemiya dovründə səhhətlərinə daha çox diqqət ayırmağı məsləhət görüb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment