1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


29 Sentyabr Dünya Ürək Günüdür
29.09.2022

Ürək insanın ən zərif və ən zəhmətkeş daxili orqanıdır. Onunla dünyanı tanıyır, gözəllikləri hiss edir, həyatdan zövq alırıq. Nədənsə biz çox vaxt ürəyimizə lazımi diqqət və qayğı göstərmir, bəzən çox laqeyd yanaşırıq, yalnız ciddi problemlər yarananda sağlamlığımızı düşünürük. Bəlkə də elə buna görədir ki, bu gün ürək-damar sistemi xəstəliklərindən ölüm halları birinci yerdədir.Bütün dünya kardioloqları ürəyə dəyər verməyə, onun qayğısına qalmağa, onun fasiləsiz işini pis vərdişlərlə pozmamağa çağırır. 

Bu gün Dünya Ürək Günüdür. Həmin gün ilk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə qeyd edilib. Ümumdünya Səhiyyə Təşkilatı, UNESKO və digər aparıcı təşkilatlar həmin təşəbbüsü dəstəkləyiblər. 2011-ci ildən etibarən dünyanın bir çox ölkələrində,  o cümlədən Azərbaycanda  hər il sentyabrın 29-u Dünya Ürək Günü kimi qeyd edilir. 

Dünya Ürək Günü qlobal sağlamlıq kampaniyasıdır. Onun əsas vəzifəsi ürək-damar xəstəlikləri, onların səbəbləri və aradan qaldırılması yolları haqqında insanların maarifləndirilməsi, bu xəstəliklərin qarşısının alınması istiqamətində vacib profilaktik tədbirlərin həyata keçirilməsidir.

Ürək-damar xəstəlikləri hər il 18 milyondan çox insanın həyatına son qoyur. Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə, bu göstərici 2030-cu ildə 23 milyonu ötəcək. Həmin təşkilatın 2022-ci ildə yaydığı məlumata görə, insult və ürəyin işemik xəstəliyi dünya üzrə bütün ölümlərin 31%-ni təşkil edir. Ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayının ildən-ilə artması bir sıra sosial faktorlar, ətraf mühitin təsiri, ekoloji amillər, düzgün qidalanmamaq, artıq çəki, piylənmə, oturaq həyat tərzi və son illər artan psixi-emosional gərginliklə əlaqədardır. 

Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, infarkt və insult nəticəsində baş verən ölümlərin 80%-nin qarşısı sağlam qidalanma, pis vərdişlərin: siqaret və alkoqoldan istifadənin məhdudlaşdırılması, keyfiyyətli yuxu və fiziki aktivliyin artırılması ilə alına bilər.

Ürək “orqanizmin mühərriki”dir. Yaşadığımız bir ömür boyu o dayanmadan,  fasiləsiz döyünərək bizə həyat bəxş edir. Ona görə də bu həyati vacib orqanı qorumalı, ona qayğı ilə yanaşmalıyıq. Bu işdə sizə yardımçı olacaq Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkimlərini – kardiocərrahları, kardioloqları və invaziv kardioloqları peşə bayramı - Dünya Ürək günü münasibətilə ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirik.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment