1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


BMT-nin jurnalında "ASAN xidmət" təcrübəsinə dair məlumat dərc olunub
28.09.2022

Birləşmiş Millətlər Təşkilatının (BMT) Cənub-Cənub Şəbəkəsi Ofisi tərəfindən nəşr olunan “Dayanıqlı İnkişaf üçün Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıqda Qabaqcıl Təcrübələr” jurnalda “Azərbaycanda dövlət xidmətlərində mükəmməllik – "ASAN xidmət" təcrübəsi” adı altında geniş məlumat dərc olunub.

Nəşrdə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əldə edilməsi istiqamətində prosesi sürətləndirmək üçün qurumların bu sahədə həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilir. Bununla əlaqədar nəşrdə yer alan layihələrin və uğurlu təcrübələrin digər ölkələr tərəfindən öyrənilməsi tövsiyə olunur.

Sözügedən nəşrin DİM 16 (sülh, ədalət və güclü institutlar) bölməsində Azərbaycan brendi olan “ASAN xidmət”in fəaliyyətinə dair məlumatlara ətraflı yer verilib. "Heç kimi arxada qoymamaq" prinsipinə əsaslanaraq şəffaf və effektiv dövlət xidmətlərinin göstərilməsinin Azərbaycan Hökumətinin əldə etdiyi əhəmiyyətli uğurlardan biri olduğu oxuyucuların diqqətinə çatdırılıb.

Bundan əlavə "ASAN xidmət"in dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən qabaqcıl layihələrdən biri olduğu vurğulanıb və beynəlxalq sahədə əldə olunan uğurlara xüsusi yer ayrılıb. Məlumatda Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatını, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatını əldə etməsinə toxunulur.

Həmçinin “ASAN xidmət” təcrübəsinin İndoneziya, Monteneqro, Uqanda, Mərakeş, Özbəkistan kimi ölkələrdə tətbiqinin önəmindən bəhs olunur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment