1 USD 1,7000    1 EUR 1,6936    1 RUB 0,0281    1 TRY 0,0935    XAU 2984,8175    XAG 32,7576    XPT 1509,3280    XPD 3642,8705   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Abbott” şirkəti ilə imzalanmış memorandum çərçivəsində süni döyünən ürək modelində transkateter TAVİ klapan navitor cihazının master klassı keçir
21.09.2022

20 sentyabr 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Azərbaycana ilk dəfə məhz bu tədbir üçün gətirilmiş  süni döyünən ürək modeli üzərində “Abbott” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Transkateter TAVİ Klapan Navitor” cihazının süni döyünən ürək modelindən istifadə edilməklə işləmə prosedurunu nümayiş etditən master klass tədbiri keçirilib. 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədovun salamlarını tədbir iştirakçılarına çatdıran Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev “Abbott” şirkəti ilə əməkdaşlıq çərçivəsində Mərkəzi Gömrük Hospitalında silsilə tədbirlərin keçirilməsindən şad olduğunu bildirib. Bu istiqamətdə Azərbaycana ilk dəfə  süni döyünən ürək modeli üzərində transkateter TAVİ klapan navitor cihazının test edilməsi və “Klapan və çatdırılma sistemi üzrə baza məzmunlu məlumat”  mövzusunda mühazirənin təşkilinə görə  rəis müavini  İsmayıl Əfəndiyev “Abbott” şirkətinin nümayəndələrinə təşəkkürünü bildirib və qeyd edib ki, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində  ürək üzərində TAVİ əməliyyatları uğurla icra olunur. 

Daha sonra “Abbott” şirkətinin Kardiocərrahiyyə şöbəsinin terapiya üzrə mütəxəssisi Aleksandr Sobolyev tədbir iştirakçılarına süni döyünən ürək modelində transkateter TAVİ klapan navitor cihazının işləmə prosesini test olaraq nümayiş etdirib. Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqları  ürək simulyatoru üzərində test ediblər. Mütəxəssis Aleksandr Sobolyev master klass prosesində Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlunun, kardio-cərrah Kənan Əsədovun,  invaziv kardioloqlar Samir Mustafayevin, Emin Hacıbalayevin, Şəhla Ağayevanın, digər mütəxəssislərin və həkim-rezidentlərinin suallarını cavablandırıb.

Tədbirin ikinci hissəsində Rusiya və MDB ölkələri üzrə TAVİ Terapiyanın İnkişafı meneceri İsmail Evren Altuntop “Navitor və FlexNav” yeni TAVI həllər mövzusunda təqdimatla çıxış edib. İsmail Evren öz məruzəsizdə  klapan və çatdırılma sistemi üzrə baza məzmunlu məlumat,  pasiyentlərin seçilməsi,  prosedurun gedişatı, alətlərlə müşayiəti  və digər məsələlərə toxunub. Təqdimat zamanı xarici ölkələrdə həyata keçirilmiş TAVİ əməliyyatlarından videosüjetlər nümayiş edilib. Mühazirənin sonunda süni döyünən ürək modelindən istifadə edilməklə praktiki məşğələ aparılıb.

Xatırladaq ki, 29 iyun 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Abbott arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Sənədi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və Abbott şirkətinin İnkişaf etməkdə olan bazarlar üzrə Ürəyin struktur xəstəlikləri bölməsinin Baş direktoru Şarbel Muavad imzalayıblar.

 


     



16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
 
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment