1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Kaspersky EDR Expert həlli SE Labs beynəlxalq sınağında kiberhücumların 100%-ni dəf edib
01.09.2022

Təhlükəsizlik həlləri üzrə dünyanın müstəqil müqayisə sınaqlarının aparıcı təşkilatçılarından olan Böyük Britaniyanın SE Labs müəssisələr üçün EDR sinfindən olan həllərin ilk sınağının nəticələrinə əsasən Kaspersky Endpoint Detection and Response Expert həllinə ən yüksək AAA reytinqini təqdim edib. Kaspersky-nin bu həlli bütün simulyasiya edilmiş mürəkkəb hücumların hər bir mərhələsində bircə dəfə də saxta aşkarlanma olmadan uğurla işləyib və “Hərtərəfli dəqiqlik reytinqi” (Total Accuracy Rating) parametrində mütləq 100% bal nəticə göstərib.

Sınaqda müxtəlif təchizatçıların beş həlli iştirak edib. SE Labs bilik bazasından və MITER ATT&CK platformasından istifadə edərək Wizard Spider, Sandworm, Lazarus və Operation Wocao kiberqruplarının real fəaliyyətinə dair məlumatlar əsasında 17 bütöv hücum həyata keçirib. Kaspersky EDR Expert həlli 17 hücumun hamısını inkişafının hər mərhələsində aşkar edib. Məhsul nəinki hücumların tam əhatəsini tanıya bilib, həm də yanlış pozitivlərdən yayınıb.

“Mürəkkəb kibertəhdidlər daha çox yayıldıqca, bizneslər informasiya təhlükəsizliyini təmin etmək üçün daha effektiv tədbirlər görməlidirlər. SE Labs-ın EDR həllərinin sınaqdan keçirməsi təhlükəsizlik məhsullarının eyni vaxtda bir neçə tanınmış kiberqrupun hücumlarına nə dərəcədə müqavimət göstərdiyini hərtərəfli qiymətləndirməyə imkan verir. Kaspersky bu müstəqil sınaqda onun 2019-cu ildə “Breach Response Test” adı altında istifadəyə verilməsindən bu yana iştirak edir və biz Kaspersky EDR Expert-in yüksək səviyyəli imkanlarını müntəzəm olaraq təsdiqləməkdən qürur duyuruq. SE Labs qabaqcıl və şəffaf sınaq metodologiyasına malikdir, buna görə də biz onlara məhsullarımızı açıq şəkildə sınaqdan keçirmək üçün etibar edirik. Müstəqil testlər bizə müştərilərimizə təqdim etdiyimiz təhlükəsizlik həllinin keyfiyyətinə əlavə nəzarət imkanı verir və dəyişən təhlükə mənzərəsinin öhdəsindən uğurla gəldiyimizi təsdiqləyir”, - deyə Kaspersky-nin Təhdidlərin Tədqiqatı şöbəsinin rəhbəri Aleksandr Liskin bildirib.

“Kiberhücum bir neçə mərhələdən ibarətdir və informasiya təhlükəsizliyi məhsullarını qiymətləndirərkən onların hər birində aşkarlanmanın effektivliyini yoxlamaq vacibdir. Bəzən sınaq zamanı məlum olur ki, həllər hücumların bütün mərhələlərini müəyyən edə bilmir. Lakin Kaspersky EDR Expert bu vəzifənin öhdəsindən uğurla gəlib. Bu, həm təsirli nəticədir, həm də güvən yaradır”, - deyə SE Labs-ın baş direktoru Saymon Edvards öz növbəsində qeyd edib.

Kaspersky EDR Expert şirkətin korporativ şəbəkəsindəki son nöqtələrin yüksək keyfiyyətli monitorinqini və onların effektiv mühafizəsini təmin edir, mürəkkəb təhdidlərin və APT səviyyəli hücumların aşkarlanması, prioritetləşdirilməsi, tədqiqi və zərərsizləşdirilməsi üçün ənənəvi tapşırıqları avtomatlaşdırmağa imkan verir.

SE Labs-ın keçirdiyi sınaq zamanı Kaspersky EDR Expert-in fəaliyyətinin ətraflı təsviri ilə tam hesabat buradadır. Kaspersky EDR Expert həlli haqqında ətraflı məlumatı Kaspersky-nin rəsmi saytında görə bilərsiniz.

Təhdidin aşkarlaması və ona reaksiya üzrə təsdiqlənmiş həll istənilən mürəkkəblikdə olan kiberhücumlara qarşı mübarizə aparmaq üçün bütün təhlükəsizlik məhsullarını vahid sistemə inteqrasiya etməyə kömək edən güclü XDR platformasının əsaslarından biridir. Beləliklə, Kaspersky EDR-in funksionallığı Kaspersky Symphony XDR-nin yüksək səmərəliliyini təmin edir. Bu hərtərəfli həll son nöqtənin qorunmasını, aktual təhdidlər haqqında məlumatlarla zənginləşdirilməni, təhlükəsizlik hadisələrinin idarə edilməsini və daha çoxunu bir araya gətirir və sinxronlaşdırır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment