1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Moody’s Beynəlxalq Reytinq Agentliyi "Bank of Baku" ASC-nin reytinqlərini yüksəltdi
10.08.2022

Moody’s Beynəlxalq Reytinq Agentliyi "Bank of Baku" ASC-nin reytinqlərinə yenidən baxıb. Agentlik "Bank of Baku" ASC-nin kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments - BCA ) və uzunmüddətli depozit reytinqlərini yüksəldib.

"Bank of Baku" ASC-nin BCA reytinqi b2 səviyyəsindən b1-ə yüksəldilib. Bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi B1 səviyyəsindən Ba3 səviyyəsinə qədər artırılıb. Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi b3-dən b2-yə yüksəldilməsi onun aktivlərinin keyfiyyətini və möhkəm kapital buferlərini əks etdirir.

Yerli və xarici valyutada uzunmüddətli bank depozitlərinin reytinqinin B2 səviyyəsinə yüksəldilməsi isə bankın kredit qabiliyyətinin yaxşılaşdığını əks etdirir. Bankın depozit reytinqləri dövlət dəstəyindən faydalanmır və buna görə də depozit reytinqləri bankın BCA göstəricisi b2 ilə eyni səviyyədədir.

Bank of Baku-nun problemli kreditlər nisbəti 2020-ci ildəki 8,1%-dən 2021-ci ilin dekabrında 3,3%-ə düşüb. Agentliyə görə, müsbət cəhət odur ki, Bank of Baku-nun kreditləri əsasən yerli valyutada ifadə olunur ki, bu da onun məzənnə dəyişkənliyinə qarşı həssaslığını məhdudlaşdırır.

Moody’s agentliyi qeyd edib ki, "Bank of Baku" ASC güclü kapitala malikdir və bu, kredit itkiləri baş verərsə kifayət qədər "yastıq" təmin edə bilər.


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment