1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri barədə
09.08.2022

Azərbaycan Respublikasının Mərkəzi Bankı özünün strateji kommunikasiya missiyasına uyğun olaraq iqtisadi təhlil imkanlarının artırılması və iqtisadi gözləntilərin formalaşdırılması istiqamətində kommunikasiya kanalları vasitəsilə ictimaiyyətin, o cümlədən aparıcı hədəf qruplarının aktiv məlumatlandırılması və maarifləndirilməsi işlərini davam etdirir. Bu əsasda dövri olaraq statistik və təhlili hesabatlar, icmallar, bülletenlər, tədqiqat işlərinin, sorğuların nəticələri geniş auditoriyaya təqdim olunur.

Bu xüsusda 2022-ci ilin birinci rübündən etibarən Mərkəzi Bank tərəfindən bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğuların keçirilməsinə başlanmışdır.

Sorğunun məqsədi maliyyə sabitliyinə riskləri qiymətləndirmək, kredit bazarında hərarətlənmə və ya daralma meyillərini müəyyən etməkdir. Sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən, bankların qarşılaşdığı risklərin müəyyən edilməsi və qiymətləndirilməsini ehtiva edir. Sorğu nəticələri kredit bazarında aktivlik barədə yeni informasiya mənbəyi olmaqla təhlil və proqnozlaşdırma aləti kimi çıxış edir.

Sorğu nəticələrinə əsasən bankların kreditləşmə siyasətinin cari ilin I rübündə yumşalması, bütün növ kreditlərə tələbin isə artması müşahidə olunur. Bu trendlərin II rübdə də davam etməsi banklar tərəfindən proqnozlaşdırılmışdır. Kredit siyasəti əsasən istehlak və ipoteka kreditlərinə nisbətdə yumşalmışdır. Biznes kreditləri üzrə yumşalma isə əsasən mikro sahibkarlıq subyektlərinə münasibətdədir. Sektorun kredit siyasətində dəyişikliklər Mərkəzi Bank tərəfindən diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.

Bank sektorunun kreditləşmə fəaliyətinə dair sorğu nəticələri qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla davamlı şəkildə təkmilləşdirilərək rüblük əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində elektron versiyada dərc olunacaqdır.

2022-ci ilin birinci rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdə tanış olmaq olar:

https://uploads.cbar.az/assets/b6f491363444aa4829bd773d7.pdf


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment