1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


TamGənc kartı ilə gəncliyini TAM yaşa!
05.08.2022

Müasir, universal və faydalı bank məhsulları ilə müştərilərini daima sevindirən ABB bu dəfə gənclərin istifadəsi üçün yeni məhsulunu təqdim edib. 18-25 yaş arası gənclərin faydalanacağı TamGənc kartı öz üstünlükləri ilə cavan nəslin nümayəndələri üçün bir çox bank xidmətlərindən müxtəlif güzəştlərlə yararlanmaq imkanı təklif edir.

Yeni TamGənc kartı sahibləri ölkədaxili kartlara 2000 AZN-dək köçürmə və ölkədaxili ATM-lərdə 5000 AZN-dək nağdlaşdırma əməliyyatlarını həyata keçirərkən heç bir komissiya haqqı ödəməyəcəklər. Bankın təqdim etdiyi yeni kart məhsulu ilə hesabda olan pul qalığına illik 6%-dək gəlir, həmçinin marketlər, restoranlar, elektronika və geyim mağazaları, yanacaq doldurma məntəqələrində alış-veriş zamanı keşbek əldə etmək mümkündür. Bir sıra məkanlarda isə TamGənc kartı ilə ödəniş zamanı keşbek qazancı 5% təşkil edir. Bura kitab mağazaları, muzeylər, taksi və nəqliyyat xidmətindən istifadə və musiqi platformalarında aparılan ödənişlər aiddir. 18 yaşını qeyd edən gənclər üçün isə daha bir sevindirici məqam var. Beləki, həmin gənclər doğum günü tarixlərindən etibarən 30 gün ərzində TamGənc kartı məhsulu üçün müraciət etdikdə, kartı tamamilə pulsuz əldə edirlər*.

“Gəncliyini Tam Yaşa!” şüarı ilə buraxılan yeni TamGənc kartı məhsulu öz üstünlükləri ilə gənclərin aktiv həyat tərzinə xitab etməklə onların asan və rahat bankçılıq xidmətlərindən yararlanması üçün nəzərdə tutulub. TamGənc kartının sifarişi onlayn qaydada bu link vasitəsilə və ya ABB Mobile tətbiqi ilə mümkündür. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar. *ödənişsiz kart yalnız Bankın filial və şöbələrindən əldə edilə bilər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment