1 USD 1,7000    1 EUR 1,7895    1 RUB 0,0300    1 TRY 0,0980    XAU 3133,9330    XAG 36,9524    XPT 1594,4725    XPD 3153,5680   
           
/ Məzənnələr

 

 

 













Sığorta


AFFA və PAŞA Sığorta arasında VAR sisteminin sponsorluğu ilə bağlı müqavilə imzalandı
04.08.2022

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA ilə “PAŞA Sığorta” şirkəti arasında VAR sisteminin sponsorluğu ilə bağlı müqavilə imzalanıb. 

Bir illik müddət üzrə imzalanan müqaviləyə əsasən, Bakı Olimpiya Stadionunda yerləşən VAR otaqları “PAŞA Sığorta VAR otaqları” adlanacaq.

Müqaviləni AFFA-nın baş katibi Sərxan Hacıyev və “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova imzalayıblar.

VAR sistemi ölkəmizdə ilk dəfə bu il tətbiq olunacaq. Oyunlar zamanı qayda pozuntusu, səhv müəyyənedilmə, əl ilə oyun və s. kimi hallar baş verərsə, VAR otağına müraciət olunur, həmin görüntülər yenidən izlənilir və şəffalıqla ən ədalətli qərar müəyyən edilir.

Sərxan Hacıyev: "Azərbaycan futbolunda VAR - videoköməkçi hakim sisteminin tətbiqi ilə bağlı prosedur qaydalara uyğun olaraq işlər görülür. Çox şadıq ki, bu sistemin tətbiqində də "PAŞA Sığorta" bizə öz dəstəyini göstərdi. AFFA ilə "PAŞA Sığorta" arasında 2010-cu ildən başlayaraq səmərəli əməkdaşlıq mövcuddur. İnanırıq ki, qarşılıqlı əməkdaşlığımız hər iki tərəf üçün faydalı və uzunmüddətli olacaq".

Ülviyyə Cabbarova: "Bu gün imzaladığımız sponsorluq müqaviləsinin həm "PAŞA Sığorta", həm də Azərbaycan futbolu üçün uğurlu olacağına əminik. Qeyd olunduğu kimi, AFFA ilə uzunmüddətli əməkdaşlığımız mövcuddur və bu əməkdaşlığın daha da inkişaf etməsi hər birimizi sevindirir. Ümid edirik ki, VAR sisteminin tətbiqinə verdiyimiz dəstəklə, eyni zamanda, futbol hakimliyində ədalətin daha da çox təmin olunmasına töhfəmizi vermiş olacağıq. Çünki VAR sisteminin əsas məqsədi məhz ədalətli qərarların verilməsinə yardımçı olmaqdır".

 


     



16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
 
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment