1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank qalib tələbələri mükafatlandırdı
03.08.2022

Xəbər verdiyimiz kimi, təhsilin və gənclərin karyera inkişafına böyük önəm verən Kapital Bank 2022-ci ilin aprel ayında ali məktəb tələbələri üçün yeni layihə təqdim edib. Layihənin ilkin mərhələsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və ADA-nın tələbələri iştirak edirdilər.

Şərtlərinə görə tələbələr tək və ya komanda şəklində maraqlı ideyalarını təqdim edib, qalib olmaq uğrunda mübarizə aparırdılar. Layihə çərçivəsində 100-dən artıq ideya təqdim edilib ki, bunlardan 6 komanda – ümumilikdə 9 tələbə final mərhələsinə vəsiqə qazanıb.

21 iyul 2022-ci il tarixində layihə yekunlaşaraq qaliblər müəyyən edilib. 1-ci yerə “Kapital Citizen” layihəsi ilə ADA-nın tələbəsi Anar Bayramov, 2-ci yerə “BirVaxt” layihəsi ilə UNEC-in tələbəsi  Nicat Həsənli, 3-cü yerə isə  “BirBNA” layihəsi ilə UNEC-in tələbələri Aydan Əzizli və Lalə Məmmədova layiq görülüb. Qaliblərə müvafiq olaraq 1500 AZN, 900 AZN və 600 AZN məbləğində mükafatlar və sertifikatlar təqdim edilib. Həmçinin finala çıxan hər bir iştirakçı Kapital Bank-ın təcrübə proqramında iştirak etmək hüququ qazanıb.  

Qeyd edək ki, Kapital Bank həm ADA, həm də UNEC ilə bir neçə il əvvəl əməkdaşlıq memorandumu imzalayıb. Bu sənədə görə il ərzində hər iki ali məktəbdə “Karyera günləri”, müxtəlif konfranslar, təcrübə proqramı və başqa tədbirlər təşkil olunur. Bundan başqa gənclərin ideyalarını qiymətləndirmək üçün bu il PAŞA Holding ilə birgə “PASHA HACKATHON” layihəsi keçirilib. Bu kimi layihələr gənclərin karyera inkişafına müsbət töhfə verir. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 107 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment