1 USD 1,7000    1 EUR 1,7895    1 RUB 0,0300    1 TRY 0,0980    XAU 3133,9330    XAG 36,9524    XPT 1594,4725    XPD 3153,5680   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


No More Ransom təşəbbüsü dünya üzrə 1.5 milyondan çox insana məlumatlarını bərpa etməyə kömək edib
02.08.2022

Fidyə proqramları qurbanlarına öz məlumatlarını bərpa etməyə imkan verən “No More Ransom” təşəbbüsü altı illik fəaliyyətini yekunlarını təqdim edib. Yarandığı gündən bəri proqram tərəfdaşlarının sayı dörddən 188-ə qədər artıb və rəsmi saytında faylların deşifrəsi üçün 136 alət yerləşdirilib. Ümumilikdə, dünya üzrə 1,5 milyondan çox istifadəçi “No More Ransom” proqramından istifadə edərək öz məlumatlarını bərpa edə bilib. Layihə 37 dildə mövcuddur.

Təsisçi tərəfdaş şirkətlərdən biri kimi Kaspersky 38 fərqli fidyə proqramı ailəsi tərəfindən şifrələnmiş məlumatların bərpasına kömək edən 9 deşifrə alətinin hazırlanmasına töhfə verib. Ümumilikdə, 2018-ci ildən bəri dünya üzrə istifadəçilər bu utilitləri 300 min dəfədən çox yükləyiblər. Azərbaycanda onlar son 12 ay ərzində 30 dəfədən çox yüklənib.

Bir qayda olaraq, fidyə proqramı cihazdakı qiymətli məlumatları şifrələyir və onu istifadəçi üçün əlçatmaz edir. Yoluxma təhlükəli və dələduz saytlara daxil olmaq, proqram təminatı yükləmək, zərərli qoşmaları açmaq, həmçinin Uzaqdan Giriş Protokolu (RDP) vasitəsilə və ya internetə qoşulmuş serverlərdəki boşluqlardan istifadə etməklə baş verə bilər. Daha sonra təcavüzkarlar qurbandan fidyə tələb edir, bunun müqabilində məlumatları orijinal formada qaytaracağını vəd edir və tez-tez onu ictimaiyyətə açıq mənbələrdə dərc etməklə hədələyirlər. Bu hücum növü uzun illərdir inkişaf edir və həm fərdi istifadəçilərə, həm də təşkilatlara təsir edir, təcavüzkarlar özləri isə bütöv ekosistemlər yaradırlar.

Fidyə proqramları ilə mübarizə təşəbbüsü 2016-cı ildə Europol, Hollandiya polisi, Kaspersky və digər tərəfdaşlar tərəfindən işə salınıb. Rəsmi veb-saytda layihə iştirakçıları deşifrə üçün alətər, kibercinayətkarlıq barədə necə və kimə məlumat verilməsi ilə bağlı qayda və təlimatlar dərc edirlər. Bu utilitlər və materiallar artıq 165 növ fidyə proqramı qurbanlarına məlumatlarını pulsuz bərpa etməyə kömək edib. Layihə həm də istifadəçilərin bu cür proqramların necə işlədiyi və infeksiyanın qarşısını almaq üçün hansı addımların atılacağı barədə məlumatlılığını artırmaq məqsədi daşıyır.

“Bu il fidyə proqramları həm şirkətlər, həm də adi istifadəçilər üçün ciddi problemə çevrilib. Onların fəaliyyəti uğurlu hücum zamanı ələ keçirilmiş rəqəmsal aktivlərin sonrakı bərpası üçün pul tələb etməyə əsaslanır. “No More Ransom” təşəbbüsü hər kəsə belə hücumlar nəticəsində itirilmiş məlumatları geri qaytarmağa və təcavüzkarlara fidyə ödəməməyə imkan verir. Beləliklə, bu, kriptoqraf proqramları sənayesi ilə mübarizənin effektiv üsuludur və şirkətimiz tərəfdaşları ilə birlikdə bütün dünyada fidyə proqramları ilə mübarizəni davam etdirəcək”, - deyə Kaspersky-nin rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib. 

Fidyə proqramları ilə necə mübarizə aparmaq barədə və “No More Ransom” təşəbbüsü haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 


     



16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
 
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment