1 USD 1,7000    1 EUR 1,7895    1 RUB 0,0300    1 TRY 0,0980    XAU 3133,9330    XAG 36,9524    XPT 1594,4725    XPD 3153,5680   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə genişmiqyaslı layihəyə start verdi
02.08.2022

Operatorun abunəçiləri  harada olduqlarından asılı olmayaraq yüksəksürətli və keyfiyyətli mobil internet xidmətlərindən yararlanmaq üçün daha geniş imkanlar əldə edəcəklər

Abunəçilərinin dinamik şəkildə artan ehtiyaclarını nəzərə alan Azercell ölkə boyunca 4G (LTE) şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi və ötürmə qabiliyyətinin artırılması üzrə daha bir irimiqyaslı layihəyə start verdi. 

Bu proqram çərçivəsində növbəti 18 ay ərzində 300-dən çox yeni baza stansiyanın quraşdırılması və 1600-ə yaxın mövcud stansiyanın təkmilləşdirilməsi nəzərdə tutulur. Beləliklə, ölkənin aparıcı mobil operatorunun LTE stansiyalarının ümumi sayı 3200-ü ötəcək.

Layihənin icrası nəticəsində Azercell-in 4G şəbəkəsinin tutumu Bakı və Abşeron yarımadasında 80%, rayonlarda isə 75% artacaq! Bu da, öz növbəsində, abunəçiləri yüksək ötürülmə sürəti, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də sosial şəbəkələr, multiplayer oyunları, interaktiv onlayn proqramlar, videokonfranslar, video zənglər  və bir çox digər rəqəmsal həlləri özündə cəmləşdirən multimedia xidmətlərinə sürətli çıxış imkanı ilə təmin edəcək. 

Azercell-in şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi layihəsi işğaldan azad edilmiş əraziləri də əhatə edir. Vətənə geri qaytarılan torpaqlarımızda ilk mobil infrastrukturu qurmağa müvəffəq olan Azercell, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər əraziləri öz şəbəkəsi ilə əhatə edib. Qeyd olunan rayonlarda Azercell artıq 80-dan çox baza stansiyası quraşdırıb və bu istiqamətdə apardığı işləri planlı şəkildə davam etdirməkdədir.

Onu da qeyd edək ki, operator ötən il 4G (LTE) yüksəksürətli mobil interneti Bakı Metropoliteninin bütün stansiya və tunellərində əlçatan edib.

Azercell öz infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsinə sərmayə yatırmağı davam edəcək. Bu, şirkətə Azərbaycan bazarında yeni nəsil texnologiyaların tətbiqi üçün zəruri platformanı təmin etməyə imkan verəcək. Eyni zamanda, Azercell aktiv şəkildə telekommunikasiya sənayesinin ən son tendensiyalarına cavab verən məhsul və rəqəmsal həlləri ərsəyə gətirməyi davam edir.

 


     



16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
 
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment