1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank-ın İdarəedici komandası ilə səmimi söhbət
28.07.2022

AccessBank-ın İdarəedici komandası ilə 20 illik yubiley ərəfəsində Bankın keçmişi haqqında danışdıq.

- Zəhra xanım (Zəhra Zeynalova, Əməliyyatlar üzrə Baş Direktor), AccessBank-ın 20 illik yubileyi sizin üçün nə deməkdir? Sizcə, bu illər ərzində bankda dəyişməyən nədir? 

- Şəxsən mən bu 20 ilin 16-da AccessBank-la birgə olmuşam.  Bu illər ərzində dəyişməz qalan isə göstərdiyimiz xidmətin keyfiyyətinin yüksək səviyyəsi, işimizin maksimum şəffaflığı, xidmətlərimizin əhalinin bütün qrupları üçün əlçatanlığıdır. Qürurla deyə bilərəm ki, mikromaliyyə sahəsində ən yaxşı bank ekspertləriyik. Biz çətinliklərin öhdəsindən gəlməyi bacarırıq, çünki Bankımızın gələcək onilliklərdə belə işləmək üçün güclü təməli var.

- Gəlin, son illərin nailiyyətlərindən danışaq. 

- Ötən illərdə yaddaqalan dəyişiklərə gəlincə, bu, əlbəttə ki, müştərilərin ehtiyaclarına olan diqqətimiz və işimizdə etdiyimiz dəyişikliklərdir. Bu dəyişikliklər müştərilərin daha sürətli və daha rahat xidmət almasına səbəb olur: bankomatlar və ödəniş terminalları şəbəkəsi yenilənir və genişləndirilir, yeni mobil tətbiq istifadəyə verilir, daxili proseslərin optimallaşdırılması və avtomatlaşdırılması nəticəsində kreditlərin verilməsi proseduru asanlaşdırılır və sürətləndirilir. Müştərilərin ehtiyacları vaxtaşırı təhlil edilir və onlara ehtiyaclarına cavab verən müxtəlif bank məhsulları təklif edilir.

- Təşəkkür edirəm, Zəhra xanım. Renat bəy (Renat Hümbətov, Mikro və KOBM üzrə İcraçı Direktor), Bankın 20 illik yubileyi sizin üçün nə deməkdir? Bu 20 il ərzində bank necə dəyişib? 

- AccessBank-da 17 ildir işləyirəm. Bu illər ərzində zamanın  necə keçdiyini hiss etmədim, amma eyni zamanda da  həmkarlarımla birlikdə necə uzun və maraqlı yol keçdiyimizi düşünürəm. Bu illər ərzində neçə-neçə maraqlı və dəyərli insanla tanış olmuşam, komanda ruhu sayəsində nailiyyətlər əldə etmişəm. Düzdür, çətinliklər də az olmayıb, amma istənilən zaman həmkarlarımın dəstəyini hiss edərək onların öhdəsindən gəlmişəm.  

- Bu illər ərzində sizin üçün ən unudulmaz nə oldu? 

- Mənim üçün ən yadda qalan Bankda ilk iş illərimdir: fərqli, öyrəşmədiyim demokratik korporativ mühit, inadkar və məqsədyönlü komanda. Məni həmin illərdə xüsusilə 2 şey təəccübləndirirdi. Birincisi o idi ki, yeni və az tanınan bankda bu qədər güclü komanda işləyir. İkincisi, hər kəs, hətta işə yeni başlayan əməkdaş belə Bankın İdarə Heyətinin sədrinə sadəcə adı ilə müraciət edir.     

- Zamanı geri qaytara bilsəydiniz, 20 il əvvəlki özünüzə hansı məsləhəti verərdiniz? 

- Narahat olma, hər şey yaxşı olacaq.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment