1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilmişdir
20.07.2022

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn əsas çağırışların və bu istiqamətdə aidiyyatı üzrə görülən işlər barədə məlumatın cəmiyyətə düzgün kommunikasiya edilməsi, bu xüsusda mühüm hədəf qruplarından biri kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin iqtisadi-maliyyə, o cümlədən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri Mərkəzi Bankda daim diqqət mərkəzində saxlanılır.

Media orqanları ilə sıx əməkdaşlıq, onların maliyyə biliklərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər Mərkəzi Bankın siyasətinin və fəaliyyətinin geniş ictimaiyyət tərəfindən aydın başa düşülməsinə, həmçinin siyasət mesajlarının ictimaiyyətə düzgün ötürülməsinə, bank-maliyyə fəaliyyətinin mediada geniş işıqlandırılmasına, bununla da ölkədə həyata keçirilən iqtisadi islahatların cəmiyyət tərəfindən aydın qavranılmasına, ictimaiyyətdə düzgün iqtisadi gözləntilərin formalaşdırılmasına xidmət edir. Bu məqsədlə Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq “Açıq qapı” tədbirləri, mərkəzi bankçılıq, həmçinin maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi mövzularında təlimlər təşkil olunur.

Bu prosesin davamı olaraq milli mətbuatın 147-ci ildönümü ərəfəsində, eləcə də Mərkəzi Bankın 2021-2023-cü illər üzrə kommunikasiya strategiyasından irəli gələn vəzifələrin reallaşmasına töhfə vermək məqsədilə 20 iyul 2022-ci il tarixində Mərkəzi Bankda mətbuat nümayəndələri üçün "İnflyasiya: mahiyyəti və səbəbləri" mövzusunda növbəti təlim keçirilmişdir.

Təlim iştirakçılarına inflyasiya proseslərinin nəzəri mahiyyəti, hazırda dünya iqtisadiyyatında baş verən qiymət artımları, ölkəmizdə antiinflyasiya tədbirləri, o cümlədən Mərkəzi Bankın qiymətlərin sabitliyi ilə bağlı siyasət qərarları barədə ətraflı məlumat verilmişdir.

Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

Daha sonra təlim iştirakçılarının Mərkəzi Bankın sədri Taleh Kazımovla görüşü keçirilmişdir.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment