5 iyul 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108018943 ISIN-li, 30 mln. AZN həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 3 investor tərəfindən qiymət intervalı 88.1309 AZN (9%) və 95.8830 AZN (6.9898%) olan 5 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.8404 AZN (7.5%), orta ölçülmüş qiyməti 94.4554 AZN (7.3449%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 46,249,800 AZN, yerləşdirilmiş həcmi isə 12,443,500 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 29 iyun 2027-ci il.
Hərrac iştirakçıları 6 iyul 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.