1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı kardioloqu Emin Allahverdiyev...
05.07.2022

“Həkimlərimizi tanıyın!” rubrikasında Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı kardioloqu Emin Allahverdiyevi təqdim edirik.

Dr. EMİN ALLAHVERDİYEV Mərkəzi Gömrük Hospitalında EKQ, ExoKardioqrafiya, Fiziki Yük sınağı (Stress Test), Holter Monitorinqi, Kardioversiya, Koronar Angioqrafiya və Koronar Angioplastika ilə məşğul olur. 

Dr.Emin Allahverdiyev 2008-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2008-2009-cu illərdə Elmi-Tədqiqat Kardiologiya İnstitutunda,  2010-2011-ci illərdə Mərkəzi Neftçilər  xəstəxanasında, 2011-2020-ci illərdə Mərkəzi Dənizçilər Xəstəxanasında işləmişdir. 2020-ci ildən etibarən  Mərkəzi Gömrük Hospitalında həkim-kardioloq kimi çalışır.

Dr.Emin Allahverdiyev öz üzərində daim çalışan yüksəkixtisaslı mütəxəssisdir. O, 2018-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Həkimləri təkmilləşdirmə İnstitutunda Exokardioqrafiya üzrə,  2019-cu ildə Türkiyənin Ankara şəhərində Başkent Universiteti Ankara Xəstəxanasında ExoKQ və Koronar Angioqrafiya, 2021-ci ildə isə  Minsk şəhərində Elmi-Praktik Kardiologiya İnstitutunda invaziv müdaxilələr üzrə kurslar keçmişdir.

Dr.Emin Allahverdiyev daim öz üzərində çalışır, dünya mətbuatını izləyir və öz sahəsinə aid bütün yenilikləri, elmi nailiyyətləri mənimsəyərək, öz gündəlik təcrübəsində tətbiq etməyə çalışır. O, beynəlxalq konfranslarda, o cümlədən 2014-cü ildə Polşa Kardiologiya Cəmiyyətinin Poznan şəhərində təşkil etdiyi konqresdə, 2017-ci ildə Avropa Kardiologiya Cəmiyyətinin  Barselona, 2018-ci ildə Münhen şəhərlərində təşkil etdiyi konqreslərdə və  Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkil etdiyi konfranslarda  fəal iştirak etmişdir. Dr.Emin Allahverdiyev Azərbaycan və Avropa kardiologiya cəmiyyətinin üzvüdür. Dr.Emin Allahverdiyevin  qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment